fim.az

Ağacların altında maşın saxlamayın! – Xəbərdarlıq

27-09-2018, 10:54

Ağacların altında maşın saxlamayın! – Xəbərdarlıq

















Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi İdarəsi güclü küləklə bağlı paytaxt sakinlərinə xəbərdarlıq edib.

İdarənin rəisi Orxan Məmmədov “Qafqazinfo”ya bildirib ki, sakinlər nəqliyyat vasitələrini mümkün qədər hündür ağacların altında park etməsin:

“Küləyin sürəti həddindən artıq yüksək olduğu üçün hər an ağaclar aşa bilər. Bakının torpağı münbit olmadığından sağlam ağacların da aşmaq ehtimalı var. Ona görə də, binaların, ağacların altından keçəndə, nəqliyyat vasitəsini park edən zaman diqqətli olsunlar”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti də dünən güclü küləklə bağlı xəbərdarlıq yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında güclü küləkli hava şəraiti sentyabrın 28-i səhərədək davam edəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 420}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22