fim.az

Evlənmə təklifinə rədd cavabı alan varlı gənc hirsini belə çıxdı – Video

24-10-2018, 11:13

Evlənmə təklifinə rədd cavabı alan varlı gənc hirsini belə çıxdı – Video















Çində qız insanların gözü qarşısında imkanlı oğlanın evlənmə təklifini rədd edib.

Axşam.az oxu.az-a istinadən xəbər verir ki, oğlan qıza “Lamborghini” markalı avtomobil də hədiyyə etsə belə, qarşı tərəfin müsbət cavabına nail ola bilməyib. Oğlanın dizə çökərək evlənmə təklifinə rədd cavabı verən xanım “Bağışla, istəmirəm”, – deyib.

Lakin oğlan fikrindən dönmək niyyətində olmayıb. Onun “Çoxlu pulum var, nə qədər istəsən, o qədər sənə avtomobil ala bilərəm. Mənə ərə gəl” yalvarışına qız “Nə olsun ki, pulun var?” deyərək rəfiqəsi ilə birlikdə görüş yerini tərk edib.

Qəzəblənən oğlan isə gül buketini səhnəni lentə alanlardan birinə atıb və nişan mərasimi üçün hazırladıqlarını dağıtmağa başlayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 354}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22