» » Maykl Ceksonu Səməd Səmədova NƏ BAĞLAYIRDI? - Atası manyak olan müğənninin DƏHŞƏTLİ HƏYATI

Maykl Ceksonu Səməd Səmədova NƏ BAĞLAYIRDI? - Atası manyak olan müğənninin DƏHŞƏTLİ HƏYATI

Maykl Ceksonu Səməd Səmədova NƏ BAĞLAYIRDI? - Atası manyak olan müğənninin DƏHŞƏTLİ HƏYATI















Görəsən, Puşkin təpədən dırnağa qapqaradərili doğulsaydı taleyi necə gətirəcəkdi? Onegindən tutmuş Ruslana qədər bütün qəhrəmanları qaradərilimi təsəvvür edəcəkdik? Saşa da gedib dəfələrlə bıçaq altına yatacaqdı ki, dərisini ağartsın. Hələ sizə illərdir Aleksandr Dümanın, Alber Kamünün, Emil Zolyanın başını alan qara kölgənin öləndən sonra da bu dahiləri rahat buraxmadığını desəm, inanarsınız? Sizcə də bu irqçi dünyanın ağı çoxdan çıxmayıb? Elə bu gün də dəyişən heç nə yoxdur. Yoxsa dağ boyda Maykl Cekson 13 dəfə qabıq dəyişib düm ağarmazdı.

Bəlkə elə Ceksondan danışaq? Ağına da qarasına da milyonların pərəstiş etdiyi, ölüsü də, dirisi də yaxşı pul qazanan Kral Cekson...



Adətən insanlar fantastik məşhurluq zirvəsinə ucalanda pərəstişkarları qara tabutda yerin alt qatında gizləndiyinə inanmaq istəmirlər. Cekson da istisna deyil. Ölümündən sonra haqqında o qədər sensasiyalı xəbərlər yayılır ki, hətta sarı media hadisələri təqib edə bilmir. Bir yandan anası ilə dul arvadı uşaqlarını bölüşdürməkdə çətinlik çəkir, digər yandan da klipləri, kompozisiyaları hələ də reytinqlərə liderlik edir. Hətta menecerləri illər sonra baş tutacaq konsertlərinə satılan biletlərin pulunu geri qaytarmamaq üçün bəhanələr uydururdular.

Dəyişməyən bir fakt var, kralın canlısı da, cansızı da Amerikanın, daha doğrusu, dünya musiqisinin əfsanəsidir. Onun istedadı hüdudsuzdur. Bəstəkar, müğənni, rəqqas Maykl Ceksonun bu günədək 1 milyarddan çox albomu, sinqlı satılıb. Düz 25 dəfə “Ginnesin rekordları” kitabına düşüb. Elə təkcə Qemmi mükafatı 15 dəfə Ceksonun əlinə yaraşıb. Dünyadan köçdüyü il musiqi ikonası və Amerikanın əfsanəsi rəsmi tituluna layiq görülüb.



Yəqin fikir vermisiniz, dahilərin uşaqlığı adətən çox ağır keçir. Qaranlıq gecələrdən sonra isə əbədiyyət günəşi kimi parlayırlar. Kral Maykl da istisna deyil. 1993-cü ildə Maykl planetin ən varlı teleaparıcısı Opra Uinfrinin verilişində qonaq olur. Sensasiyalı açıqlaması bütün dünyanı şoka salır. “Atam qəddar manyak idi. Həm fiziki, həm də mənəvi şiddətindən cana doymuşduq. Hətta bir gecə vahiməli maska geyinib, dəhşətli səslər çıxarmağa başladı. Pəncərəmdən otağa girib bütün uşaqlığımı məhv etdi. Çox qorxmuşdum. Uzun müddət yuxularım kabusa döndü. O lənətli gecəni xatırlayanda, hələ də bədənim əsir".



Bu hadisədən 10 il sonra Cozef Cekson özü də övladlarına qarşı iyrənc münasibətini açıq-aşkar etiraf etmişdi.

Heç nəyə baxmayaraq bədheybət atası Maykl üçün bu həyatda yaxşı işlər də görmüşdü. Məsələn övladlarının həyatı ilə şahmat oynayan ata olmasaydı, biz kralı tanımayacaqdıq.

1958-ci ilin avqust ayında Cozeflə Ketrin Ceksonun ailəsində yeddinci uşaq doğulur. İndiana ştatının Heri şəhərində yaşayan Ceksonlar körpəyə Maykl adı verirlər. Hələ ondan sonra 2 övladları da dünyaya gəlir. 9 uşaqlı ailənin maddi təminatını düşünən Cozef 5 övladından ibarət musiqi qrupu yaradır. “The Jackson 5” adlanan qrupun ən kiçik üzvü Maykl idi. Elə o vaxtdan xüsusi plastikası, fərqli səs tembri ilə digər qardaşlarından seçilirdi.

Bir neçə il ərzində C brazers başgicəlləndirən şöhrətin zirvəsinə ucalır. 1970-ci ildən etibarən qardaşların ifa etdikləri mahnılar Amerikanın hitlərinə çevrilməyə başlayır. Qəlbləri titrədən səsi şokolad oğlanı tamaşaçılara daha çox sevdirirdi. Odur ki, Maykl həm də tək karyeraya başlamışdı. 1982-ci ildə çıxan “Thriller” albomu gənc şahzadəyə düz 8 Qremmi qazandırır. Xatırlayırsınızsa, "Thriller" sinqlı bir ara Bakı toylarında da bəylə gəlinin dostlarının əsas əyləncəsi idi.



Şokolad kimi şahzadənin şöhrəti zirvələrə doğru irəliləyirdi. Albomları ən azı 20 milyon tirajla satılırdı. Amma Mayklın ən böyük arzusu hələ də gerçəkləşməmişdi. MTV-nin ekranlarında kliplərinin nümayişinə nail olmağı diləsə də, qəddar Amerika öz qəhvəyi sakininə yad münasibət sərgiləyirdi. Cekson afroamerikalı olduğuna görə MTV kanalı tərəfindən rədd edilirdi.

Bu cümlələrin rasizm yükü tək mənim ürəyimi bulandırdı?

Lakin istedadın bir rəngi var - səma mavisi. Maykl addım-addım zirvəyə doğru irəliləyirdi. Yoluna çıxan irqçi düşmənləri də ayağının altında qalıb əzilirdilər. Çox keçmir ki, müğənninin “Billie Jean” klipi MTV-nin ekranlarını bəzəyir. Bundan sonra şokolad oğlan digər televiziya kanallarının da parlaq simasına çevrilir.



Ceksonun klipləri də fərqli və qısametrajlı film xarakterli idi. Elə 13 dəqiqəlik “Thriller” klipi bu göstəricilərə görə sahibinə Ginnesin ilk rekordunu qazandırır.

Mayklın gətirdiyi yeni klip trendi digər müğənnilər üçün də faydalı idi.

Bəs o daha hansı cəhətinə görə yaddaşınızda qalıb? Şəxsən mən Ceksonun ayvarı addımları ilə böyümüşəm. Bilirsinizmi, bu rəqslərin artıq 35 yaşı var. Həmçinin indi bizə adidən adi görünən estrada konsertlərində qrup şəklində rəqsləri, musiqili şounu da ilk dəfə şokoladlı kral gətirib.

1984-cü ildə Maykl karyerasında növbəti böyük uğura nail olur. Pol Makkartni ilə “Say, say, say” adlı duet ifa edir. Bu trek uzun illərin unudulmaz hitinə çevrilir.

Amma gəlin, razılaşaq ki, zövqlər müxtəlifdir. Dahilər də səhv etməyə məhkumdurlar. 1987-ci ildə Ceksonun 2,2 milyon dollarlıq “Bad” klipi çəkilir. “Time” jurnalı bu klipi rəzalət adlandırır, digər qəzet və verilişlər də tənqiddən hətta təhqirdən çəkinmirlər.

Yəqin bildiniz söhbət nədən gedir. Maykl Ceksonun məşhur cinsiyyət orqanına toxunub rəqs etdiyi o məqam...

Elə Opra ilə səmimi söhbət zamanı Maykl etiraf edir ki, bu hərəkət qeyri-ixtiyari yarandı. Sadəcə vəziyyət bunu tələb edirdi.

1988-ci ildə kral tamaşaçı məhkəməsinin qarşısına yeni kliplə gəlir. “Smooth Criminal” adlı ekran əsəri “antiqravitasiya çöküşü” adı qazanmış xüsusi rəqs hərəkəti ilə yadda qalır. Olduqca mürəkkəb sayılan bu hərəkət, musiqiçidən çevik şəkildə, ayaqlarını bükmədən yerə doğru çöküb sonra yenidən əvvəlki vəziyyətə qayıtmağı tələb edir. Bu rəqs üçün xüsusi olaraq hazırlanmış ayaqqabının patenti elə Maykl Ceksona aiddir.

İllər sonra Ceksonun ayvari addımlarına film həsr olunur. Film hələ ekranlara çıxmamış, kirayədən 67 milyon dollar gəlir əldə edir.

1990-cı ildə Cekson bir vaxtlar onu bəyənməyən MTV-nin tərtib etdiyi ən nüfuzlu mükafata layiq görülür. Maykl rəsmən onilliyin ən yaxşı musiqiçisi seçilir. Bir il sonra isə “Black or White” (Qara yoxsa ağ) klipi 500 milyon izləyici ilə növbəti rekorda imza atır.

O zamanlar Maykl haradan bilərdi ki, gün gəlcək “Despacito” klipi onun rekordunu on qat artıq yeniləyəcək.

Kralın bu klipinin ən böyük mesajı irqi ayrıseçkilik və zorakılıqla mübarizə idi. Klipdə müxtəlif millətlərdən olan məşhurlar çəkilir. Lakin Maykl qaş düzəltmək istərkən, vurub gözü də çıxardır. Klipdəki bəzi səhnələr elə zorakılığın özü kimi dəyərləndirildiyi üçün dəyişiklik olunur və kral xalqdan üzr istəyir.

Bilirsiniz, mərhum primadonna İlhamə xanım Səməd Səmədova kral titulu vermək ideyasını hardan alıb?

Sən demə, 1991-ci ildə əfsanəvi aktrisa Elizbet Teylor da rəsmi təqdimat mərasimlərinin birində Mayklı “pop, rok, soul musiqisinin rəsmi kralı” adlandırıb. Səmədov kimi Cekson da bu iltifatdan sonra sənətdən dörd əlli yapışır. Hətta bir il sonra “Arzuların rəqsi” adlı kitabı nəşr edilir.

Bir-birinin ardınca çıxardığı albomlardakı bütün mahnılar hitə çevrilir. Həmin illərdə maraqlı bir hadisə də baş verir. “In the Closet” mahnısı Maddona ilə duet şəklində nəzərdə tutulsa da tərəflər arasında anlaşılmazlıq baş verir. Vəziyyət elə yerə çatır ki, Madonna mahnının vokal hissəsini oxumaqdan imtina edir və onu əsrarəngiz qız səsi əvəzləyir. Sonradan məlum olur ki, bu səs Monako şahzadəsi Stefaniyaya aiddir.

Mahnının klipində Ceksonun tərəf müqabili Britaniya əsilli supermodel Naomi Kempbell olur. Hətta deyilənə görə, klipdəki versiyada oxuyan elə Naominin özüdür.

Maykl tez-tez qastrol səfərlərində olurdu. Ən çox səfər etdiyi ölkə isə Rusiya idi. Kral etiraf edirdi ki, bir neçə mahnısı elə Rusiyanın otel otaqlarında doğulub. Hətta onun bəstəkar İqor Krutoyun "krutoy" münasibətləri də olub.

Maykl nə qədər sevilsə də irqçi dalğalar onu daim izləyirdi. 1996-cı ildə işıq üzü görən “They don’t care about us” mahnısı da bu əzəli problemə həsr olunmuşdu. Mahnıya çəkilmiş klip ikiqat qalmaqal yaradır. Həmçinin reytinqlərdə 30-cu yerdən yuxarı addımlaya bilmir. Buna baxmayaraq “qayğızılıq şikayəti” Avropanın hit paradlarında uzun müddət ilk yeri tutur. Həmçinin qızıl sertifikata layiq görülür.

Əslində klipin ABŞ-dakı uğursuzluğu yanlış PR ilə əlaqəli idi. Bir-birini əvəzləyən türmə, soyqırımı, zorakılıq kadrları ştatların qüruruna toxunur, bir sıra televiziya kanalı ekran əsərini yayımlamaqdan imtina edir. Buna baxmayaraq “They don’t care about us” savaşçıların mübarizə ruhuna, himninə çevrilməyi bacarır.

Elə həmin il kral “Strainger in Moscow”mahnısını da lentə alır. Maykl dünyanın bütün qlobal problemlərinə qarşı mübarizə aparırdı. Hətta öz dumanında boğulan ekologiya da onun diqqət mərkəzində idi. “Earth song” yəni yer mahnısı klipi ekranlara gəlir. Klipi klip edən fantastik özəlliyi isə...

(ardı var)
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət