» » Kamikadze piyada – Yoldadır, yoxsa bulvarda? – VİDEO

Kamikadze piyada – Yoldadır, yoxsa bulvarda? – VİDEO

Kamikadze piyada – Yoldadır, yoxsa bulvarda? – VİDEO
















Yollarımızda məsuliyyətsiz sürücülər kimi, məsuliyyətsiz piyadalar da var. Təəssüf ki, piyadalar çoxluq təşkil edir. Bəzən bilərəkdən özlərini təhlükəyə atırlar. Elə bu videodakı piyada kimi. Sosial şəbəkələrdə yayılan videodan görünür ki, piyada öz səhlənkarlığı, diqqətsizliyi, harada hərəkət etdiyini dərk etmədiyindən az qala avtomobil tərəfindən vurulacaqdı. O sanki son anda siqnal səsinə ayılır və ağır faciə baş vermir. Düzdür, həmin ərazidə icazə verilən sürət həddi 60 km/saat olsa da sürücü vəziyyətə görə avtomobili daha ehtiyatlı idarə etməli idi. Amma piyada bu hadisə nəticəsində dünyasını dəyişsə, ağır xəsarət alsaydı böyük mənada təqsirin kimdə olmasının bir əhəmiyyəti olmayacaqdı. Gedən can geri qayıtmır. Odur ki, hörmətli piyadalar, yollarda ehtiyatlı olun.

Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət