fim.az

Dünyanın ən təhlükəsiz ölkələrinin reytinqi — Azərbaycan siyahıda neçəncidir?

30-01-2019, 10:43

Dünyanın ən təhlükəsiz ölkələrinin reytinqi — Azərbaycan siyahıda neçəncidir?















“Global Finance” jurnalı dünyanın ən təhlükəsiz ölkələrinin reytinqini tərtib edib.
Reytinqin hazırlanması üçün əsas meyarlar kimi hərbi münaqişənin başvermə ehtimalı, vətəndaşların həyatına təhlükə səviyyəsi, iqtisadi inkişaf səviyyəsi, habelə təbii fəlakətin başvermə ehtimalı nəzərdə keçirilib. Siyahıda 1-ci yerdə İslandiya, 2-ci və 3-cü yerlərdə müvafiq olaraq İsveçrə və Finlandiya dayanaraq ən təhlükəsiz ölkələr hesab edilib. İlk onluğa, həmçinin Portuqaliya, Avstriya, Norveç, Qətər, Sinqapur, Danimarka və Yeni Zelandiya daxil edilib.

Azərbaycan 10.56 indeks göstəricisi ilə 71-ci pillədə qərarlaşıb.
ABŞ cinayətin yüksək səviyyəsinə, habelə təbii fəlakətlərin başvermə ehtimalının yüksək səviyyəsinə görə 65-ci yerdə qərarlaşıb. Qvatemala, Yəmən və Filippin ən təhlükəli ölkələr hesab edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 349}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22