» » Xərçəng xəstəliyinin ilkin əlaməti

Xərçəng xəstəliyinin ilkin əlaməti

Xərçəng xəstəliyinin ilkin əlaməti















Demək olar ki, hər kəsin boğazı ömründə bir dəfə də olsa, ağrıyıb. Boğaz soyuqlaması həkimin düzgün təyin etdiyi müalicə nəticəsində sağalır. Yox, əgər boğazınız davamlı ağrıyırsa, onda yenidən həkimə müraciət eləmək lazımdır. Çünki ekspertlər belə qənaətə gəliblər ki, boğazda daimi ağırının olması xərçəng xəstəliyinin əlaməti ola bilər.
Musavat.com bildirir ki, xüsusən də, boğazda ağrı zamanı qidanı çətinliklə udursunuzsa, ani təngnəfəslik yaranırsa, yaxud məlum olmayan səbəbdən arıqlayırsınızsa...

İngiltərənin Ekseter Universitetinin alimləri ehtimal edirlər ki, boğaz ağrısı, habelə udqunma problemi onkoloji xəstəliyin əlamətləri ola bilər.

Alimlərin fikrincə, boğaz xərçənginin daha bir simptomu ağızdan pis iy gəlməyə başlamasıdır.
Həkimlər qeyd edirlər ki, boğaz şişləri müalicəyə yaxşı tabe olur, lakin müalicə gecikdirildikdə cərrahi əməliyyata ehtiyac yaranır.

Əməliyyatdan sonra isə əksər pasiyentin səsində xırıltı əmələ gəlir.
Oxşar xəbərlər
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
Mədəniyyət