fim.az

14 fevral sevgililər günü — Müqəddəs Valentin kim olub?

14-02-2019, 10:24

14 fevral sevgililər günü — Müqəddəs Valentin kim olub?

















Hə, bu gün 14 fevral sevgililər günüdür. Dünən və bu gün gül dükanları, hədiyyə və qır-qızıl, bər-bəzək əşyaları satan dükanlar sözün əsl mənasında bayram edirlər. Çünki əslində bu onların “bayramı”dır. İki gün ərzində 3-4 aylıq alver etmək sizə asan gəlir? Şəhər küçələrində qoltuğunda “mişka”sı, əlində hədiyyə paketi, gül buketi ora-bura qaçışan minlərlə, on minlərlə oğlan və qızları görmək adi hala çevrilib.
Sosial şəbəkələrdə isə bu bayramı qeyd edib-etməmək barədə fikir ayrılıqları var. 13 fevraldan başlayaraq iki qarşı cəbhə virtual döyüşə başlayır. Valentin gününü müdafiə edib qeyd edilməsinin tərəfdarı olanlarla əks fikirdə olanlar həm statuslarda, həm də rəylərdə müxtəlif arqument, fakt gətirirlər. Bizim fikrimiz bu bayramı qeyd edin və ya etməyin demək deyil. Biz sadəcə bu bayramın tarixçəsinə nəzər saldıq.

Topladıqlarımızı, araşdırdıqlarımızı "Ölkə.Az" oxucuları ilə bölüşürük.



Müqəddəs Valentin haqqında əfsanə və miflər

Katolik kilsəsi Valentin adlı üç müqəddəs şəhidini ehtiramla yad edir. Amma onların həyatı barədə dəqiq məlumat demək olar ki, yoxdur. Məlum olan odur ki, Romalı Valentin keşiş olub və eramızın III əsrində xristianların təqibi zamanı şəhid olub. Digər Valentin İteramna yepiskopu (İtaliya, müasir Terni şəhəri) olub. 270-ci ilin 14 fevral tarixində dini inancına görə edam edilib və Roma yaxınlığında dəfn edilib. Həm katoliklər, həm də provaslavlar üçün müqəddəs sayılır. Üçüncü Valentinin Karfagendə həlak olduğundan başqa heç bir məlumat yoxdur.

XI-XV əsrlərdə bir az ətraflı məlumatlar ortaya çıxmağa başladı. Əvvəlcə bu məlumatlarda romantik abu-hava yoxdur. Çox güman ki, əfsanələrdə söhbət başqa müqəddəs və ya Valentin adı ilə fəaliyyət göstərən müxtəlif şəxslərdən gedir.



Qızıl əfsanə

Əfsanəyə görə, Roma İmperatoru II Klavdiy ordusuna kifayət qədər döyüşçü cəlb edə bilmirdi. İmperator başa düşdü ki, arvadlar ərlərini müharibəyə buraxmırlar. Bu səbəbdən də cavan kişilərə evlənməyi qadağan etdi.

Müqəddəs Valentin xristianlığın təbliğatçısı və vaizi idi. O, təkcə xəstələr üçün dua etmir, eyni zamanda da, Klavdiyin qadağasına baxmayaraq sevgililəri gizli surətdə evləndirirdi. Bir dəfə həbsxana gözətçisi kömək üçün ona müraciət etdi. O, Valentindən qızı Yuliyanın kor gözlərinə əlac etməyi xahiş etdi. Keşiş qıza məlhəm yazdı və bir müddət sonra gəlməyi tapşırdı.



Amma gizli evlənmələr barədə söz-söhbət imperatora qədər çatmışdı və Valentin həbsə atıldı. Tezliklə edam olunacağını bilən Valentin kor Yuliyaya məktub yazdı və ona sevgisini etiraf etdi. Valentin məktubu qızın atasına verdi.

Valentin 14 fevral günü edam edildi. Yuliya məktubu açanda, onun içində zəfəran və “Sənin Valentinin” imzasını tapdı. Qız zəfəranı əlinə götürdü və möcüzə nəticəsində gözləri açıldı.

Xristian şəhidi olduğu və inamına görə edam edildiyi üçün İnteramnalı Valentin də Katolik Kilsəsi tərəfindən müqəddəs elan edildi. 496-cı ildə isə Roma Papası Gelasius 14 fevralı Müqəddəs Valentin günü elan etdi.


Bu versiyanı uydurma saymaq mümkündür. Çünki Valentinin yaşadığı dövrdə, yəni III əsrdə nikaha girərkən kilsədə xeyir-dua almaq adəti hələ mövcud deyildi. Bundan başqa, bütpərəst Romada xristian dini qəbul edilmirdi. İmperator Klavdiy isə belə bir adətə çətin ki, əhəmiyyət verə bilərdi.



Bütpərəstliyə aid kökləri

Digər versiyaya görə, Müqəddəs Valentin günü Kilsəyə bütpərəstlik bayramını sıxışdırıb aradan çıxarmaq üçün lazım idi. Romalıların inancına görə, şəhərin təməlini qoyan Romul və Remi dişi canavar öz südü ilə böyüdüb. Bu heyvanın şərəfinə “luperkaliya” bayramı (lupus-canavar deməkdir) qeyd edilirdi. Bu bayramda canavar üçün keçi və it qurban kəsilirdi. Qurban kəsilmiş heyvanların içalatını çıxarır və dərilərindən nazik kəmər düzəldirdilər. İki çılpaq gənc kəməri də götürərək qaçmağa başlayırdılar. Onlar küçədə qarşılarına çıxan hərkəsi kəmərlə vururdular. Qadınlar və qızlar bədənlərinin müxtəlif nayihələrini qəsdən zərbə altına qoyurdular. Çünki inanca görə, bu kəmərlə vurulan qadın asanlıqla uşaq dünyaya gətirə bilərdi və bu zərbə hamilə qalmağa kömək edirdi.

Müqəddəs kəməri “februa” adlandırırdılar. Bu sözdən isə fevral ayının adı yaranıb. Bu ayın ortalarında luperkaliya bayramı qeyd edilirdi.
Müqəddəs Valentin günü XIX əsrdə Böyük Britaniyada populyarlıq qazandı. ABŞ-da bu bayram sonradan qeyd edilməyə başladı. Bu gün gənclər tanış qızların adı yazılan kasadan adları çıxarmalı idilər. Yaranan cütlüklər il ərzində “Valentin” sayılırdılar və bir-birinə hörmətlə yanaşır, görüşürdülər.

XIX əsrin ortalarında iş adamları bu bayrama maraq göstərməyə başladılar. Artıq 14 fevral tarixində sevgililər romantik görüşə çıxır, açıqcalar, oyuncaqlar, parfüm, gül buketi və s. hədiyyələr almağa başladılar.



Müxtəlif ölkələrdə Müqəddəs Valentin Günü müxtəlif adətlərlə qeyd edilir. Məsələn, Yaponiyada şokolad hədiyyə etmək adəti var. Bu gün yapon qız utanmadan sevgisini etiraf edə bilər.

İngiltərədə 14 fevral günü qızlar fala baxdırırdılar.

XIX əsrdə Amerikada gəlinlərə o dövr üçün çox bahalı şirniyyat sayılan marsipan hədiyyə edirdilər.

Fransızlar sevgililərinə bəzək-düzək və zinət əşyaları hədiyyə edirlər.

Valentin homoseksual olub?

Başqa bir versiyaya görə, Roma İmperatoru II Klavdiy fərman imzalayır. Fərmana əsasən, hərbi xidmətə yararlı şəxslər öz aralarında (eynicinsli nikah) evlənə bilməzdilər. Bu, ordunun hərbi ruhuna pis təsir göstərirdi. Valentin adlı keşiş imperatorun fərmanına qarşı çıxaraq döyüşçü homoseksualları evləndirirdi. Bu səbəbdən edam edildi. Ölümündən sonra isə katolik kilsəsi tərəfindən müqəddəs elan edildi.



Amerikalı homoseksuallar bu bayramı fəal surətdə 70-ci illərdə qeyd etməyə başladılar. Amerikalı homoseksuallar məhz 14 fevral günü rəsmi olaraq eynicinsli nikahlar bağlamağa başladılar...

Hikmət Həsənov
Ölkə.Az
ŞƏRH YAZ 1 3 PAYLAŞ

10:15Bu gün İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0

10:03Bu gün Maraqlı
14 fevral sevgililər günü — Müqəddəs Valentin kim olub?
1 3

09:50Bu gün Ölkə
Bu günə olan valyuta MƏZƏNNƏLƏRİ
0 0
Səbrli və təmkinli olun — Günün qoroskopu

01:29Bu gün 3687 Maraqlı
A
"Ölkə.Az" milli.az-a istinadən günün qoroskopunu təqdim edir:
Qoç - qətiyyətli və inamlı addımlar, qərarlar üçün əlverişli gündür. İmprovizə edə bilərsiniz. Hadisələr gözlənilməz məcrada inkişaf edirsə, adekvat addımlar atın. Çaş-baş qalmayın. Yeni tanışlıqlar asanlıqla yaranır. Nikbin və pozitiv olun.

Komandada çalışmaq pis deyi, amma müstəqil fəaliyyət də effektiv ola bilər. Anlaşmalar gəlir gətirəcək. Alınan pulların məbləği arta bilər.

Axşam saatlarında həyat potensialı səviyyəsi aşağı düşəcək. Özünüzü qoruyun, orqanizminizi sınağa çəkməyin.

Buğa - səbrli və təmkinli olun. Məqsədə doğru inadlı, əzmli hərəkət istənilən, gözlənilən effekti verməyəcək. Bununla belə, xoşagəlməz fəsadlar da olmayacaq. Hadisələrin axarını sürətləndirməyə, əməkdaşlıq və ya tərəfdaşlıq etdiyiniz insanlara təzyiq göstərməyə, çoxdan yaranmış münaqişəni dərhal çözmək cəhdləri heç bir nəticə verməyəcək. Olayların öz axarı ilə cərəyan etməsinə maneələr yaratmayın.

Sadəcə, cari işlərlə məşğul olun.

İşlərin istədiyiniz kimi getməməsi sizi qıcıqlandırmasın. Başqalarının təklif etdiyi həll variantının sizin təklifi üstələməsini anlayanda belə, ifrata varmayın, aqressivlik etməyin. Neqativ emosiyalar sizi səhvlərə vadar etməsin.

Əkizlər - səhih davranış modelini sevmək çətindir. Sizə yardım etmək istəyənlərlə sərt davranmayın. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə kiçik problemlər yarana bilər. Çətinliklərə sərt reaksiya münaqişəyə səbəb olacaq. İxtilaf və fikir ayrılıqlarının qarşıdurmaya səbəb olmasına rəvac verməyin. Heç bir səbəb olmadan aqressiv davranmayın.

Maliyyə durumu sizi yanıltmasın. Gəlirlər çox olmasa da, vəziyyət pis deyil. Dostlarla təmas üçün yaxşı vaxtdır. Özünüzü yaxşı hiss edə biləcəyiniz yeri seçin.


Xərçəng - cari işləri yerinə yetirmək üçün əlverişli zamandır. Əyləncə və istirahət niyyətinə aldanaraq həllini tələb edən problemi qulaqardına vurmayın. Sizə maraqlı təsir bağışlayan işi birgə yerinə yetirmək üçün həmfikir və ya müttəfiq tapın.

Evdə kiçik anlaşılmazlıqlar və çətinliklər ola bilər. Problemlərin öhdəsindən gələcəksiniz.

Gəlirlər istisna deyil. Çoxdan bəri arzuladığınız əşyanı, nəhayət ki, əldə edəcəksiniz. Sevdiyiniz insanla təmaslarda çətinliklər yaratmayın. Addım və qərarlarınızın motivləri bəlli olmalıdır.

Şir - planlaşdırdığınız işin dərhal alınmaması sizi narahat etməməli, təlaşa salmamalıdır. Əsas məsələ təslim olmamaq, səbrlə, tədricən irəliləməkdir. Dostlar və yaxınlarınıza verdiyiniz vədləri, öhdəliklərinizi unutmayın. Öz maraqlarınız və başqalarının mənafeləri arasında seçim etməlisiniz. Ətrafınızdakı insanların fikrini mütləq nəzərə alın. Xudpəsənd, təşəxxüslü olmayın.

Köhnə dostlarla təmaslarda problemlər yarana bilər. Pul məsələsi anlaşılmazlıqlara səbəb olmasın. Yaşam potensialı səviyyəsi aşağıdır. Yorğunluq səhhətinizdə problemlər yarada bilər. Özünüzü qoruyun, qədərindən artıq iş görməyin.

Qız - yaxşı, uğurlu və əlverişli gündür. Lakin ehtiyatlı olun, duruma nəzarət edin. Nəzərdə tutulmamış alış-verişdə bədxərclik etməyin. Xərcləri minimuma endirin. Yaxşı tanımadığınız insanların xoş sözlərinə rəğmən, onlara etibar etməyin. Məqsədə çatmaq üçün formalaşmış ənənələr çərçivəsindən və qaydalarından məngənəsindən çıxmaq gərəkdir. Bu, sizə xoş gəlməyə bilər.

Peşəkar fəaliyyət müstəvisi ilə bahəm, şəxsi münasibətlərdə irəliləyişə nail olacaqsınız. İstənilən, hətta ən ağrılı məsələlərin müzakirəsinə hazır olun. Güzəşt və kompromisin önəmini anlayın. Ətrafınızdakı insanların gizli istəkləri və niyyətlərindən xəbər tutun. Ünsiyyət, danışıqlar və sövdələşmələr üçün münasib gündür.
Tərəzi - çətin və ya həddən artıq mürəkkəb olmasa da, xoşagəlməz nüanslar yaradacaq gündür. Problemlərin səbəbləri qeyri-stabil emosional fondadır. Sinirlənməyin, kiçik məsələlərə görə təbdən çıxmayın. İndiyədək əla münasibətlərinizin olduğu insanlarla kobud danışmayın. Günün ikinci yarısında fəaliyyət tempini bir qədər azaldın. Mühüm və çətin işlə bir qədər sonra məşğul olmaq mümkündür. Qarışıq hisslər sizi yoracaq.

Ən yaxın insanlarla münasibətlərdə aqressiv olmayın. Şəxsi sərhədlərinizin pozulduğunu düşünüb hücuma keçməyin.

Əqrəb - gərgin və çətin gündür. Lakin dostlar və yardımçıların köməyi ilə problemi həll edə bilərsiniz. Ötənlərə qayıtmaq, bir zamanlar kəsilmiş münasibətləri bərpa etmək istəyi yaranacaq. Amma unutmayın ki, səhvlərin təkrarlanmasına yol verməmək asan deyil. Problemlər daha ciddi formada geri qayıda bilər.

Önəmli məsələləri müzakirə etmək üçün əlverişli zaman deyil. Vədlər verməyin, öhdəliklər götürməyin. Onların əksəriyyətini yerinə yetirmək olduqca çətindir. Məşğul olduğunuz istənilən işdə xırdalıqlara və detallara xüsusi fikir verin. Uğur məhz onlardan asılıdır.

Oxatan - günün ilk yarısı həddən ziyadə uğurludur. Aktiv və enerjili olsanız, çox işlərin öhdəsindən gələ bilərsiniz. Mürəkkəb işlərə çəkinmədən başlayın. Uğursuzluq ehtimalı sizi qorxutmasın. Yaxın ətrafınızdakı insanlar sizə həvəslə yardım edəcəklər. Daşınmaz əmlak məsələsini həll etmək, alış-veriş etmək olar.

Günün ikinci yarısında yarımçıq işləri başa vurun. Qəfil qonaq sizi sevindirəcək.

Kulinar eksperimenti gerçəkləşdirə bilərsiniz.

Oğlaq - arxanızdakı körpüləri yandıraraq məqsədə doğru maniakal qətiyyətlə irəliləməyin. Hədəfə çatmaq üçün sizə inanmayan müttəfiqlə vidalaşa bilərsiniz. İşgüzar münasibətlərdə dəyişikliklər edin. Nüfuzunuzu və mövqelərinizi gücləndirin. Bəzi hallarda ətrafınızdakı insanlara onlardan üstün olduğunuzu göstərə bilərsiniz.

Günün ikinci yarısı təlaşlı xəbər zamanıdır. Soyuqqanlı olun, anın diqtəsinə uyaraq emosional davranmayın. Hər şeyi düşünüb-daşınsanız, ciddi narahatlıq üçün səbəb olmadığını anlayacaqsınız. Uzaq qohumlardan birinin sizin yardımınıza ehtiyacı var.

Dolça - kiçik problemlər və çətinliklər olsa da, ümumən uğurlu gündür. Yaranan problemləri dərhal, təxirə salmadan həll etməyə çalışın. Həmfikir və dostların yardımlarından, dəstəyindən yararlana bilərsiniz. Amma birgə fəaliyyətlə müqayisədə müstəqil çalışmağınız daha çox effekt verə bilər.

Şəxsi münasibətlərdə harmoniyaya nail olun. Yaxınlarınızla təmaslar sizi sevindirəcək, xoş anlar bəxş edəcək. Uzaq qohumlar qonaq gələ bilər.

Günün ikinci yarısında dəyərli hədiyyə və ya gəlir istisna deyil.

Balıqlar - imkanlarınız və potensialınızın dürüst qiymətləndirilməsi sizi yanlışlıqdardan qoruyacaq. Əvvəlcə intuisiyanıza, sonra isə ətrafınızdakı insanların dediklərinə və mövqelərinə inansanız, müdrik addım atmış olarsınız. Kənardan absurd görünən addımlar ata bilərsiniz. Lakin nəyi nə üçün etdiyinizi bilin.

Gəlir istisna deyil. Eyni zamanda ciddi məsrəfldər də ola bilər. Alış-veriş etmək olar.

Nəqliyyat vasitəsini idarə edərkən, yolda olanda ehtiyatlı davranın.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 334}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22