fim.az

Uşaqları kim və niyə qaçırır – dəhşətli statistika

10-06-2019, 09:41

Uşaqları kim və niyə qaçırır – dəhşətli statistika



Dünya uşaq oğrularından və cinayətkarlardan dad döyür
Paytaxtın Sabunçu rayonunda qaraçılar tərəfindən qaçırılıb, diləndirilən 3 yaşlı Zəhranın hekayəsi son iki gündə cəmiyyətdə ən çox müzakirə yaradan mövzudur. Musavat.com xəbər verir ki, dünyada qaçırılan, itən, qaçırılaraq satılan, diləndirilən uşaqların sayı ildən-ilə artır. Ümumən dünyada hər il 2.5 milyon uşaq qaçırılaraq satılır və onların yarısının da qız uşağı olduğu təxmin edilir. Sənədlərə görə, hər il bu rəqəmlərdə artım özünü göstərir.

Hər il 1000-1500 Quatemalalı körpə övladlığa götürülmək adı ilə insan ticarətinin qurbanı olur. Avropa Birliyi ölkələrində təxminən 200-500 min arasında uşaq fahişənin olduğu təxmin edilir. Bunların üçdə ikisi Orta Avropa ölkələrindən gəlirlər.

Uşaqları kim və niyə qaçırır – dəhşətli statistika


Britaniyada 140 min itkin düşmüş uşaq var. Belçikada gündə beş uşaq itir.Təbii fəlakətlər, müharibə, daxili çatışma və terror zamanı da qaçırılan uşaqların sayı artır. Toqo, Mali, Burkina Faso və Qanada yaşayan uşaqlar Nigeriya, Fil Dişi Sahilləri, Kamerun və Qabona insan ticarətçiləri vasitəsilə aparılır.

SOSİAL AKTİV UŞAQ TEZ TAPILIR

Araşdırmalara görə, itkin düşdüyü bildirildikdən sonra tapılan uşaqların profilinə baxıldığı zaman bir detal diqqəti cəlb edib. Bu, onların sosial yöndən daha güclü olması ilə bağlıdır. Pozitiv həyat davranışlarının olması (idmanla məşğul olma, kitab oxuma, TV izləmə, qəzet oxuma, kompüterdə vaxt keçirmə) bu uşaqların tapılma ehtimalını artırır.

Uşağın internetlə tanış olması riskli və istismar ehtimalını artırsa da, tapılmasını da asanlaşdırır. Uşağın itdiyi tarixdə yanında cib telefonunun, kredit kartının olması da ip ucları yarada bilir.

ÖLDÜRÜLMƏ FAİZİ – QORXUNC STATİSTİKA!

Amerikada aparılan bir araşdırmaya görə, uşaq qaçıran məhkumlar orta yaş altında və 98 faiz kişilərdir. Həmin məhkumların çoxunun keçmişində ən azı iki həbsxana təcrübəsi mövcuddur. Statistikalara görə, daha öncə uşaq qaçıranların bu cinayəti yenidən təkrarlaması ehtimalları da çox yüksəkdir. Uşaq qaçıranların 20 faizinin bir cinayət ortağı olur. Xaricilər tərəfindən qaçırılan uşaqlar əsasən cinsi istismardan sonra öldürülür. Öldürmələr ilk 3 saatda baş tutur. Öldürmə faizi yüzdə 91-dir.

İtkin uşaqlar problem son illər dünyanın ən vacib problemlərindən biridir. Mərkəzi Belçikada olan Child Focus adlı təşkilat hər il bir neçə min itkin və istismar edilən uşaqların dosyesini araşdırır. Amerikada Beynəlxalq İtkin və İstismar Edilən Uşaqlar Mərkəzinin rəqəmlərinə görə, hələ də minlərlə itkin uşaq var. Amerikada orta illik hesabla 350.000 uşaq qaçırma olayı yaşanmaqdadır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 381}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22