fim.az

366-cı motoatıcı alayın Xocalı soyqırımındakı rolu ilə bağlı sənədli film hazırlanıb - VİDEO

23-02-2022, 09:00

366-cı motoatıcı alayın Xocalı soyqırımındakı rolu ilə bağlı sənədli film hazırlanıb - VİDEO


"VMedia" yutub kanalı Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş yeni videoçarx təqdim edib. Kanalın müəllifləri hesab edirlər ki, Ermənistan həqiqətən də regionda sülhə doğru dönüş istəyirsə, Birinci Qarabağ müharibəsi zamanı özünün hərbi cinayətkarlarını mühakiməyə çıxarmalıdır. Yalnız bu halda Ermənistanın həqiqətən də öz çətin keçmişini bağlamaq istəyinə inanmaq olar. Bu arada 1988-1992-ci illərdə 366-cı alayda komandanlıq edən Seyran Ohanyan, Robert Köçəryan və 10 il Ermənistan prezidenti olmuş, əslində Xocalıdakı əməllərini etiraf edən Serj Sarkisyan kimi bu şəxslər hələ də azadlıqdadır, hətta siyasətlə məşğuldurlar.

“Filmdə o zamanlar Stepanakert kimi tanınan Xankəndidə yerləşən 366-cı motoatıcı alayının Xocalı soyqırımında oynadığı roldan bəhs edilir. Film Bakıda və İrəvanda yerləşdirilən sovet qoşunlarının hələ də müttəfiq mərkəzə - Moskvaya tabe olduğu bir vaxtda 366-cı alayın erməni separatçılarının və terrorçularının əlinə keçməsinə dair sensasion sübutlar təqdim edir.

Əsas sübutlardan biri desant zabiti Viktor Şevçenkonun 366-cı alayın daxil olduğu 23-cü diviziyanın mətbu orqanı olan “Sovet döyüşçüsü” qəzetində 26 mart 1992-ci ildə dərc edilmiş məqaləsidir. Məhz bu məqaləyə görə general-leytenant İ.Ohanyan (Zaqafqaziya Hərbi Dairəsinin komandir müavini) martın 26-da çap olunan bütün tirajın məhv edilməsi haqqında əmr verib. Filmin izləyicilərinə Xocalı faciəsindən dərhal sonra “Azərbaycan” nəşriyyatının direktoru B.Qayıbova ünvanlanmış məktubla göndərilmiş yeganə nüsxə də nümayiş etdiriləcək.
Filmdə 366-cı alayın keçmiş komandiri, polkovnik Yuri Zarviqorovla telefon danışığının səs yazısı da var. Onun Moskvadakı müxbirə dediklərinə filmdə tamaşa edə bilərsiniz:


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 156}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22