Главная > arasdirma, cemiyyet > Altı yaşlı uşaq xəstə atasına baxır – VİDEO

Altı yaşlı uşaq xəstə atasına baxır – VİDEO


21-12-2018, 10:11. Разместил: vasif
Altı yaşlı uşaq xəstə atasına baxır – VİDEO
















Anasının evdən getməsindən sonra iflic olan atasına baxan altı yaşlı Cia Cianın görüntüləri bütün dünyanı heyrətə gətirib.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Cia Cianın anası həyat yoldaşı, 40 yaşlı Tian Hayçenq 2016-cı ildə Çində yol qəzasında iflic olduqdan iki ay sonra böyük oğlu ilə evdən qaçıb.

Bundan sonra atasına altı yaşlı Cia baxıb.

Hər gün səhər saatlarında uşaq yarım saat atasını masaj edir, dişlərini fırçalayır, üzünü yuyur və məktəbə gedir.

Cia məktəbdən gələndən sonra atasının hərəkət etməsinə kömək edir və yemək hazırlayır.
Вернуться назад