Главная > arasdirma > İcra başçısının ölüm müəmması: “

İcra başçısının ölüm müəmması: “


1-03-2019, 10:11. Разместил: vasif
İcra başçısının ölüm müəmması: “














Fikrət Nuşiyev: “Ailə üzvlərinin bildiyi odur ki, ürək tutmasından dünyasını dəyişib”; Nüsrət Qasımov: “Dəm qazından zəhərlənmə məsələsi təsdiqlənibsə, bu şəxslər məsuliyyətə cəlb oluna bilərlər”

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun vəfat etməsi ilə bağlı cinayət işi açılıb. Əvvəlcə onu qeyd edək ki, icra başçısının ölümü ilə bağlı hələ də müəmmalar var. Belə ki, ilk olaraq icra başçısının müavini bildirdi ki, R.İbrahimovun ölümünün səbəbi ürək tutması ilə bağlıdır. Sonradan isə icra başçısının dəm qazından zəhərlənməsi açıqlandı. Mətbuatda yayılan məlumatlara görə, mərhum icra başçısının qonşuları bildiriblər ki, o, dəm qazından Yeni Yasamal qəsəbəsində yerləşən mənzilinin hamam otağında olduğu zaman boğulub.

Fevralın 27-də isə rəsmi məlumat yayıldı ki, 1967-ci il təvəllüdlü R.İbrahimovun yaşadığı mənzildə vəfat etməsi ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

Məlumatda qeyd edilir ki, faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Açılan cinayət işindən belə görünür ki, icra başçısının ölümünə günahkar olan konkret şəxslər axtarılır. Onlar kimdir?

İcra başçısının ölüm müəmması: “


Fikrət Nuşiyev

Şabran rayon icra başçısının müavini, mərhumun bacısı oğlu Fikrət Nuşiyev cinayət işinin açılması ilə bağlı məlumat yayıldıqdan sonra unikal.org saytına bildirib ki, həkim rəyinə əsasən dayısı dəm qazından dünyasını dəyişməyib:“Dəqiq nədən öldüyü bilinmir. Həkimin qoyduğu diaqnoz qəflətən ürəyin tutması ilə bağlı olub. Yəni durduğu yerdə qəflətən ürəyi tutub. Dəm qazından zəhərlənmə məsələsi arada gəzən söhbətlərdir. Ona görə də müvafiq orqanlar araşdırır. Ailə üzvlərinin bildiyi odur ki, Rövşən müəllim ürək tutmasından dünyasını dəyişib. Mərhum dünyasını dəyişəndə evdə həyat yoldaşı və qızı da olub. Dayım onların gözü qarşısında dünyasını dəyişib. Sonra təcili tibbi yardım çağırılsa da, gec olub”


İcra başçısının ölüm müəmması: “




Nüsrət Qasımov

Ekspert Nüsrət Qasımov “Yeni Müsavat”a bildirib ki, dəm qazının zəhərlənmə əlamətləri sırasına küt başağrısı ilə yanaşı, görmə və eşitmə hallüsinasiyaları, ürək döyüntüsü və qan təzyiqinin qalxması da aiddir: “Yəni zəhərlənmə zamanı ürək döyüntüləri, qan təzyiqi də artır. Ümumiyyətlə, bu məsələ ilə bağlı ciddi araşdırma aparmaq lazımdır. Dəm qazından zəhərlənmə məsələsi təsdiqlənibsə, sobanı səhv quraşdıran, tüstü bacasını təmizləməyən və digər bu kimi şəxslər məsuliyyətə cəlb oluna bilərlər. Dəfələrlə demişik ki, Bakıda heç bir binada tüstü bacaları təmizlənmir. Burada müxtəlif versiyalar dəyərləndirilməlidir. Ola bilər ki, ev 1990-cı illərdə tikilib. Belə olan təqdirdə su qızdırıcı da köhnədirsə, problem onunla da bağlıdır. Çünki su qızdırıcının 10 il işləmə müddəti var. İnsanlar bilsinlər ki, qaz sobalarının da istifadə müddəti maksimum 20 ildir. Kim haradan, köhnə cihaz tapırsa, aparıb onu quraşdırır. Dəm qazının yaranma səbəbləri sırasında ən başda duranlardan biri də cihazların nasaz olmasıdır. Çünki cihazlara normal xidmət göstərilmir. Xörək daşıb tökülür cihazın üzərinə. Göz tutulur və yanma prosesi pozulur. 1 kubmetr metan qazı yanan zaman 9 kubmetr hava lazım olur. Bu hava çatmayanda və ya çox olanda yanma prosesi pozulur. Bu zaman da karbon 4 oksid əvəzinə, karbon 2 oksid ayrılır və 7 dəqiqə ilə 30 dəqiqə arasında o mühitdə nəfəs alan insan zəhərlənir. Ona görə də ekspertlər söyləyirlər ki, tüstü, boru ilə xaricə ötürülməli və bu boru da damdan 50 sm hündürə qalxmalıdır. Bu da su qızdırıcılarının gücündən asılı olaraq 100 mm-dən, 150 mm-ə qədər dəyişir.

İcra başçısının evində bu göstəricilərə əməl olunubmu? Bu məsələ araşdırılmalıdır. Əgər əməl olunmayıbsa, deməli, səhlənkarlığa yol verilib. Səhlənkarlığa yol verənləri isə məsuliyyətə cəlb etmək lazımdır. İnsan dəm qazından zəhərlənən zaman huşunu itirir. Özünü idarə edə bilmədiyi üçün səsini də çıxara bilmir. Respublikada sovetdən qalmış, 800 minə qədər qeyri-standart, kustar cihazlar var. Baxırsan ki, kauçuk boru ilə bu cihazları quraşdırırlar. Qəti şəkildə belə olmaz. Bu qədər məsuliyyətsizlik ölümə aparır”.

Ekspert də bildirib ki, icra başçısının dəm qazından zəhərlənməsi faktına şübhə ilə yanaşır: “Hər halda, evdə digər şəxslər də olub. Necə olur ki, həmin şəxslər hamam otağında olan zaman zəhərlənməyiblər, yalnız icra başçısı zəhərlənib? Baxmaq lazımdır ki, hamam otağının qapısında müvafiq dəliklər varmı. Eyni zamanda tüstü bacasını da yoxlamaq mütləqdir. Tüstü bacasını yoxlamaq çox asandır. Kibriti yandırıb, su qızdırıcısının yuxarı tərəfindəki yarıqdan içəri tutursan. Əgər alov içəri tərəfə əyilirsə, deməli, tüstü bacası işləyir. Şaquli vəziyyətdədirsə işləmir, insanın özünə tərəf qayıdırsa, deməli, tüstü bacasında ciddi problem var və yanan qazı içəri verir. Qısası deyim ki, dəm qazı ilə bağlı bütün yoxlamalar aparılmalıdır. Əgər hansı hissədə problemlər yaşanırsa, deməli, səhlənkarlığı da həmin işdən cavabdeh olanlar ediblər. Neçə vaxtdır ki, biz SOS təbili çalırıq ki, tüstü bacaları 30 ildir təmizlənmir. Ancaq bunu eşidən yoxdur. Əgər belə davam edərsə, zəhərlənənlərin sayı daha da çox olacaq”.
Вернуться назад