fim.az

Gəncənin icra başçısı özünə yeni köməkçi təyin etdi

4-09-2018, 10:20

Gəncənin icra başçısı özünə yeni köməkçi təyin etdi
















Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Niyazi Bayramov özünə yeni köməkçi təyin edib.

"Report"un Qərb bürosunun məlumatına görə, bu vəzifəyə bundan əvvəl də N.Bayramovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı olduğu dövrdə onun köməkçisi işləmiş Kamran Məhərrəm oğlu Məhərrəmov gətirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş icra başçısı Elmar Vəliyevin köməkçisi işləmiş Tural Yaşar oğlu Hacızadə isə ŞİH başçısı Aparatının İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 182}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22