fim.az

Təzim etmə, böyüyə hörmət və diqqət- Nazim Ağayevi kim nədə ittiham edir

8-02-2019, 10:00

Təzim etmə, böyüyə hörmət və diqqət- Nazim Ağayevi kim nədə ittiham edir















Məlum olduğu kimi, internet məkanındakı azadlıq və özbaşınalıq əksər hallarda mənfi fəsadlara gətirib çıxarır. Hər hansı bir ictimai və ya dövlət əhəmiyyətli hadisə zamanı şayiələr, dezinformasiyalar, məqsədli təxribat cəhdləri baş alıb gedir və bəzi qüvvələr ajiotaj yaratmağa çalışırlar. Nəticədə cəmiyyət yalan informasiya ilə yüklənir, sosial narazılıq yaranır, dövlət orqanlarına qarşı haqsız qınaqlar formalaşır.

Bundan başqa, bu xəbərlərin yalan olduğu ortaya çıxandan sonra cəmiyyətdə mediaya inam da itir. Halbuki, ənənəvi ciddi media belə biabırçılığa yol vermir, yoxlanmamış, təsdiqlənməmiş informasiya yaymır. Lakin oxucuların çoxu ciddi media ilə sosial şəbəkə səhifələrini ayırd edə bilmir və hamısına media kimi baxır. Problem ondadır ki, bizdə media deyəndə bunlar hamısı birlikdə götürülür. Oxucuların əksəriyyəti ciddi media ilə sosial şəbəkə səhifələrini seçə bilmir. Nəticədə, qurunun oduna yaş da yanır.

Bəzən saytlara yanlış informasiya qəsdən ötürülür, özü də müxtəlif mənbələrlə. Sonradan aydın olur ki, bu qərəzli şəkildə edilib.
Məsələn götürək Xaçmaz Rayon Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayevi. 1979-ci ildən müxtəlif vəzifələrdə çalışır. Öz prinsipiallığı və peşəkarlığı ilə daim seçilib. Əhali arasında hörmətə layiq şəxs kimi tanınır. Yeni Azərbaycan Partiyasının yeürli şöbəsinin sədridir. Elə bu faktın özü çox şey deyir. Hakim partiya hər adama etibar etmir.
Məhz yapçı olduğuna görə müxalif media tərəfdən hədəfə alınıb. Bəli, orduxanlar, vidadilər təkcə xaricdə deyil. Ölkənin özündə də böhtançı jurnalistlər var. Nazim Ağayev haqda olmazın yalanları tirajlayırlar. Sübutu olmayan belə materiallar bir neçə müddətdir ki, konkret şəxslər tərəfindən yayılır və onlar haqda hüquqi müstəvidə ölçü götürüləcək.
Son olaraq Nazim Ağayevin Ulu öndər Heydər Əliyevin məzarı önündə təzim edən fotoşəklini sosial şəbəkədə yayaraq guya qınaq obyektinə çevirmişdilər.
Ancaq əks effekt oldu. Azərbaycan mentalitetində, türk-müsəlmanm aləmində təzim yaltaqlıq deyil dərin hörmət əlamətidir. Türkiyənin baş naziri olmuş Bülənt Ecevitin bir fotosu var. Orada diğər , yaşca böyük siyasətçi Nəcməddin Ərbakanın əlini öpür. Təzim də yox ha, əlini öpür. Bizim müxalifət türklərin yeürinə olsa nə iftira atardı. Halbuki Ecevit Kipr fatehidir. O Ərbakana böyük və öndər kimi hörmət edir.
Lap Avropa olsin. Britaniya baş naziri Teüreza Mey yaşlı kraliça Yelizaverta qarşısında daim təzim etmirmi? Axı bu bir etiketdir. Demokratiyanın beşiyi olan bir ölkədə heç kim Tereza Meyi qınamır.
Lap sonda onu deyək ki, prezidentimiz İlham Əliyev bugünlərdə zəlzələ bölgəsinə səfər edərkən yaşlı bir ananın qarşısında əyilib əlini öpdü. Bu azərbaycanlının yaşlı nəslə, böyüyə olan hörmətini bariz göstərdi. Nazim Ağayevin özü də, oğlu da məhz bu ruhda böyüyüb.
Sizinxeber.com


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 465}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22