fim.az

Ağsu şəhərində Dövlət Bayrağı Günü təntənəli şəkildə qeyd olunub

9-11-2019, 23:10

Ağsu şəhərində Dövlət Bayrağı Günü təntənəli şəkildə qeyd olunub

Noyabrın 8-də səhər saatlarında rayon rəhbərliyi, ziyalılar, gənclər, ictimaiyyətin çoxsaylı nümayəndələri şəhərin mərkəzinə, üçrəngli bayraqlarla bəzədilən Heydər Parkına gələrək Ümummilli Liderimizin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Sonra iştirakçılar Heydər Əliyev Mərkəzinin qarşısında məktəblilərin əl işlərindən ibarət Azərbaycan bayrağının təsvirləri ilə tanış olublar. Mərkəzin foyesində bayram mərasiminə toplaşanları musiqiçilər qarşılayıblar.
Təntənəli yığıncaqda Dövlət Himni səsləndirilib. Rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyev tədbiri açaraq iştirakçıları bayram münasibətilə təbrik edib, dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımızın xalqımızın milli qürur mənbəyi olduğunu söyləyib. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis edilən üçrəngli bayrağımızın 1990-cı il noyabrın 19-da ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvan MSSR Ali Sovetinin sessiyasında yenidən qaldırıldığı diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. XX əsrin əvvəllərindən başlayaraq bu günə qədər üçrəngli bayrağımızın hər zaman səmada dalğalanması üçün Azərbaycan vətəndaşları mübarizə aparmış, döyüşmüş, canlarını, qanlarını əsirgəməmişlər. Bu savaş 1918-ci ildən başlayaraq 1990-cı il 20 Yanvar faciəsindən, 1992-ci ildə törədilən Xocalı soyqırımından keçən uzun bir yol gəlib. Müdhiş faciələrdən keçən bu yol indi qələbəyə doğru uzanır. İgidlərimiz müqəddəs bayrağımızı mütləq Qarabağda, Şuşada ucaldacaqlar.
Sonra rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva “Dövlət Bayrağımız qürur mənbəyimizdir” mövzusunda məruzə edib. Məruzədə, eləcə də çıxışlarda bildirilib ki, dövlətçiliyimizin, müstəqilliyimizin simvolu olan milli bayrağımız bundan sonra əsrlərboyu başımız üstündə dalğalanacaq.
Rəsmi hissədən sonra Heydər Parkında Dövlət Bayrağı Günü münasibətilə təşkil olunan yürüş iştirakçılarının qarşılanma mərasimi keçirilib. Qeyd edək ki, 500 nəfərdən ibarət gənc əllərində üçrəngli bayrağımızla Ağsu şəhərinin şimalından, Qəhrəmanlıq abidəsindən başlayaraq şəhərin mərkəzinə, Heydər Parkınadək yürüş edib. Alqışlarla qarşılanan yürüş iştirakçıları parkda Ulu Öndərin abidəsi önünə gəlib, burada xatirə şəkli çəkdiriblər.Ağsu şəhərində Dövlət Bayrağı Günü təntənəli şəkildə qeyd olunubAğsu şəhərində Dövlət Bayrağı Günü təntənəli şəkildə qeyd olunubAğsu şəhərində Dövlət Bayrağı Günü təntənəli şəkildə qeyd olunubAğsu şəhərində Dövlət Bayrağı Günü təntənəli şəkildə qeyd olunubAğsu şəhərində Dövlət Bayrağı Günü təntənəli şəkildə qeyd olunubAğsu şəhərində Dövlət Bayrağı Günü təntənəli şəkildə qeyd olunubAğsu şəhərində Dövlət Bayrağı Günü təntənəli şəkildə qeyd olunubAğsu şəhərində Dövlət Bayrağı Günü təntənəli şəkildə qeyd olunub


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 53}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22