fim.az

Nərimanov rayonunda 2500-dək ağac əkilib - Foto

6-12-2019, 13:23

Nərimanov rayonunda 2500-dək ağac əkilib - Foto


Dekabrın 6-da Birinci vitse-prezident Mehriban Əliyevanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikada 650 min ədəd ağacın əkilməsi təşəbbüsünə Nərimanov rayonu da böyük fəallıqla qoşulub, yüksək bayram əhval ruhiyyəsi ilə ağacəkmə kampaniyası keçirilib.

Nərimanov rayonunda həyata keçirilən silsilə tədbirlərdən biri kimi, rayonun müxtəlif yerlərində yerləşən parklarda, bağlarda, o cümlədən A.M.Cümə küçəsində, 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında ağacəkmə kampaniyası bayram coşqusu ilə keçirilib.

Nərimanov rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin, rayon ictimaiyyətinin, sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu, ümumilikdə 800 nəfərədək adamın iştirak etdiyi genişmiqyaslı ağacəkmə kampaniyasında 2500-dək müxtəlif növ həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib, ətraf ərazi tullantılardan təmizlənərək burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib, minlərlə ağaclar budanıb, dibləri yumşaldılıb.

Yuxarıda qeyd olunan yaşıllıq zolağı ərazisində səhnə quraşdırılıb, incəsənət ustalarının ifasında Nəsiminin qəzəllərindən ibarət musiqilər, muğamlar səsləndirilib, şairin həyat və yaradıcılığından bəhs edən səhnələr ifa edilib.
Nərimanov rayonunda 2500-dək ağac əkilib - Foto
Nərimanov rayonunda 2500-dək ağac əkilib - Foto
Nərimanov rayonunda 2500-dək ağac əkilib - Foto
Nərimanov rayonunda 2500-dək ağac əkilib - Foto


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 300}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22