fim.az

Bu gündən Gədəbəyə də giriş dayandırıldı

27-03-2020, 13:48

Bu gündən Gədəbəyə də giriş dayandırıldı


Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın Gədəbəy rayonuna maşınların giriş və çıxışı dayandırılıb.
Bu barədə anews.az-a Gədəbəy rayon İcra hakimiyyətindən məlumat verilib.

"Bu gün səhərdən Gədəbəy rayonunun girişində yerləşən Xar-Xar kəndi yaxınlığında post qurulub. Maşınların giriş çıxığı dayandırılıb. Buna səbəb koronavirusa yoluxmanın qarşısını almaqır. O cümlədən Gədəbəy rayonu daxilində nəqliyyat və taksilərin hərəkətinə də məhdudiyyət qoyulub", - deyə Gədəbəy İcra hakimiyyətindən bildirilib.

Rayon ərazisində maska və spirt qıtlığı da yaşanır. Gədəbəy şəhərinin 9 aptekindən müxbirimizə bildiriblər ki, "Avromed" və "Zeytun" şirkətlərinin depoları apteklərin sifarişlərini yerinə yetirmir, bölgəyə maska və spirt göndərilmir.

Etibarlı mənbələrdən alınan məlumata görə, hələlik Gədəbəy ərazisində koronavirusa yoluxma halı qeydə alınmayıb, amma Şəmkir rayonu ərazisində xəstələrin olduğu bildirilir.

Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah hələ məlumat yaymayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 24}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22