fim.az

Pirallahıdan olan ailəyə Sumqayıtda torpaq verildi — VİDEO

15-04-2020, 14:16

Pirallahıdan olan ailəyə Sumqayıtda torpaq verildi — VİDEO


İdmançı Kamil Zeynallı Pirallahı rayonda məskunlaşmış ailənin sosial problemləri ilə bağlı sosial şəbəkədə paylaşım etdikdən sonra Sumqayıt İcra Başçısı Zakir Fərəcov ailəyə 2 sot torpaq hədiyyə edib.
O, bu barədə “İnstagram” səhifəsində paylaşım edib.

“Sumqayıt İcra başçısına təşəkkür edirəm ki,bu kasıb ailəyə 2 sot torpaq hədiyyə etdi. Gəlin, birlikdə bu evi tikək və ailəyə təhvil verək”,- deyə, o, qeyd edib.

Qeyd edək ki, Pirallahı Rayon İcra Hakimiyyəti həmin rayonda məskunlaşmış ailənin sosial problemləri ilə bağlı sosial şəbəkədə paylaşım edən Kamil Zeynallını özünü reklam etməkdə günahlandırmışdı.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 46}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22