fim.az

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

16-05-2021, 15:45

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......


Daşkəsənlilər Əhəd Abıyevin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı işlədiyi müddətdə gördüyü belə böyük işlərdən çox razıdırlar. Hətta rayonun tanınmış ziyaliları, ağsaqqalları da bütün görülən bu uğurlu işlərə böyük nikbinliklə, fəxarətlə baxırlar.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin barədə son vaxtlar şantaj xarakterli məlumatlar yayan şəxslərin əslində başqa niyyəti var. Çünki, onun barəsində qərəzli yazıların hamısında təkcə Əhəd Abıyev deyil, həm də "Azərbaycan digər İcra Hakimiyyətinin başçılarıda hədəf seçilib. Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların niyyəti məlum olub. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən Əhəd Abıyevi şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev - Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Qarabagın döyünən ürəyi olan, milli memarlıq üslubu ilə seçilən, mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə tanınan, mugamımızın beşiyi sayılan, Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan qədim Şuşa şəhəri özü boyda tarixi abidədir. Ümummilli Lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlər ilə ifadə etmişdir: “Şuşasız Qarabag, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur. Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, elminin böyük bir hissəsini əks etdirən vahid muzeydir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir.”
Şuşa bütün gözəlliyi ilə fərqləndiyindən həmişə düşmənlərin göz dikdiyi məkana çevrilib. Belə ki, 1992-ci il mayın 8-də Qarabağ bölgəsinə göz tikmiş vəhşi düşmən, faşist Ermənistan silahlı ordusunun hücumları nəticəsində Şuşa şəhəri işgal olundu. İşğal nəticəsində 480 günahsız vətəndaş qətlə yetirildi, 600 nəfər yaralandı, 22 min insan öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. Eyni zamanda Şuşada 25 məktəb, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi, 4 texnikum, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatr, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır.
Azərbaycanın birmənalı mövqeyinin dəyişilməz oldugunu diqqətə çatdıran dövlət başçımız cənab İlham Əliyev hər zaman qeyd edirdi ki, Azərbaycanın işgal altında qalan torpaqlarını nə yolla olursa olsun azad edəcəyik. O gün gələcək, bütün ərazilərimiz kimi Şuşa da düşmən əsarətindən qurtulacaq. Bu, əlli milyonluq bütün dünya azərbaycanlılarının arzusudur.
2020-ci il noyabrın 8-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərinin işğalçılardan azad edilməsi Azərbaycanın Qarabağda başladığı və 44 gün ərzində aparılan Vətən müharibəsindəki uğurlu əks-hücum əməliyyatları sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə qədim Şuşa şəhərinin rəşadətli ordumuz tərəfindən işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər günü kimi tariximizə yazıldı.
Bəli, artıq Qarabagın Fatehi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılmışdır. Bərpa-quruçuluq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa şəhərinə təyin edilmişdir.
Cənab Prezident çıxışında bəyan edib ki, Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Əslində, həmişə belə olub. Sadəcə olaraq, mənfur düşmən bütün tarixi abidələrimizi dağıdıb. Amma biz bərpa edəcəyik. Onların əsl simasını qaytaracağıq. Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.


DAŞKƏSƏNDƏ RAMAZAN BAYRAMI ƏRƏFƏSİNDƏ ŞƏHİD AİLƏLƏRİ ZİYARƏT EDİLİB, ONLARA BAYRAM SOVQATI PAYLANILIB

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......


Mayın 10-11-də Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş döyüşçülərin ailələri ziyarət olunub.
Şəhidlərin ailə üzvləri Ramazan bayramı münasibətilə təbrik edilib, onlara ərzaq bağlaması verilib.
Görüşlərdə bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görürlər.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdiri müavini

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 92}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:0705114400