fim.az

Mingəçevir şəhər İcra Hakimiyyətinin Tender komissiyası

2-06-2021, 15:02

Mingəçevir şəhər İcra Hakimiyyətinin Tender komissiyası


Mingəçevir şəhər İcra Hakimiyyətinin Tender komissiyası bildirir ki, şəhər İcra Hakimiyyətində keçirilmiş kotirovka sorğusu prosedurları “Dövlət satınalmaları haqqında “Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq şəffaf şəkildə keçirilmişdir. Belə ki, 2020-ci ilin oktyabr ayının 15-dək qanunvericiliyə uyğun olaraq satınalma planı tender.gov.az saytında yerləşdirilmiş, 20.04.2021-ci il tarixdə “Respublika” qəzetində və https://www.etender.gov.az - dövlət satınalmalarının vahid internet portalında kotirovka prosedurunun keçirilməsi ilə bağlı elan verilmişdir. Müraciət edən təşkilatlara iş və xidmətlərin siyahısı təqdim edilmişdir. İdarələr tərəfindən təqdim olunmuş kotirovka təklifi tender komissiyası tərəfindən “Dövlət satınalmaları haqqında“ Azərbaycan Respublikası qanununun tələblərinə uyğun baxılmış, qalib müəyyənləşdirilmiş, yekun protokol tərtib edilərək qalib podratçılara bildiriş göndərilmişdir. Kotirovka sorğusunun yekun protokolu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2002-ci il tarixli, 124 nömrəli Qərarı ilə təsdiq olunmuş «Tender nəticələri haqqında tender komissiyasının yekun protokolu nümunəsinin» əsasında tərtib olunmuş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 3 bank günü müddətində baxılıb rəy bildirilməsi üçün göndərilmişdir. Göstərilən müddətdə heç bir iddiaçı müəssisə tərəfindən şikayət daxil olmamışdır.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qeydiyyat məktubu daxil olan kimi qalib təşkilatlarla satınalma müqaviləsi bağlanılmış və https://www.etender.gov.az dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmişdir.

Kotirovka sorğusu prosedurları “Dövlət satınalmaları haqqında “Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq keçirilmişdir.

Mingəçevir şəhər İcra Hakimiyyətinin Tender komissiyası


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 100}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:0705114400