fim.az

Ermənilərin Laçındakı vandalizmi AzTV-nin reportajında

8-09-2022, 09:30

Ermənilərin Laçındakı vandalizmi AzTV-nin  reportajında


AzTV Azərbaycanın nəzarətinə keçən Laçın şəhərində ermənilərin qəbiristanlıqları yandırdıqları ilə bağlı reportaj hazırlayıb.

"Vandal zehniyyətin daha bir nümunəsi: ermənilər Laçında məzarlıqları yandırdılar" adlı reportajda ermənilərin Laçın şəhərini tərk etməmişdən buradakı evlər, yaşayış binaları, meşələr və hətta qəbiristanlıqlara od vurduğu əks olunur.

Bu yaxınlarda məşhur fotojurnalist Reza Deqatinin Laçında apardığı çəkilişlər də süjetdə yer alıb.
Fotojurnalist burada ermənilərin azərbaycanlıların qəbirlərini təhqir etməsini, onların şəhərdə yandırdıqları evləri, meşələri və qəbiristanlıqları lentə alıb.

R.Deqati bildirib ki, Azərbaycan torpaqlarının ermənilər tərəfindən 30 illik işğalı zamanı 1 milyona yaxın azərbaycanlı öz evlərini tərk etmək məcburiyyətində qalıb, həmçinin ermənilər azərbaycanlıların qəbiristanlıqlarını yandırıb, evlərini talan ediblər. Buradakı azərbaycanlıların qəbirləri qazılıb və onların qızıl dişləri çıxarılıb.

Reportajı təqdim edirik:


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 180}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22