Главная > bolge > Astarada torpaq sürüşməsi – FOTOLAR

Astarada torpaq sürüşməsi – FOTOLAR


29-12-2018, 15:13. Разместил: vasif
 Astarada torpaq sürüşməsi – FOTOLAR

















Astaranın Şiyəkəran kəndi ərazisindən keçən Pensər çayında suyun səviyyəsinin kəskin qalxması səbəbindən torpaq qatı sahilə doğru yuyulub və nəticədə sürüşmə yenidən aktivləşib.

“Azərtac” xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, həyətyanı torpaq sahələri çayda suyun daşması nəticəsində yuyulub. Sel suları kəndin elektrik təsərrüfatına, sahildə əkilən sitrus bağlarına ziyan vurub.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyinə, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə müraciət olunub.

Qeyd edək ki, gələn ilin əvvəlindən başlayaraq Pensər çayında sahil-bərkitmə işlərinin aparılması nəzərdə tutulur.

 Astarada torpaq sürüşməsi – FOTOLAR Astarada torpaq sürüşməsi – FOTOLAR Astarada torpaq sürüşməsi – FOTOLAR Astarada torpaq sürüşməsi – FOTOLAR
Вернуться назад