fim.az

Azərbaycanda yeni zirvə fəth olundu

2-10-2018, 11:20

Azərbaycanda yeni zirvə fəth olundu
















Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) alpinistləri Heydər Əliyev Fondunun təşəbbüsü, Bakı Media Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə yeni zirvə fəth ediblər.

Federasiyanın saytı xəbər verir ki, Qusar rayonu ərazisində, Böyük Qafqaz sıra dağlarında dəniz səviyyəsindən 3740 metr hündürlükdə yerləşən zirvəyə “Cümhuriyyətin 100 illik zirvəsi” adı verilib. Zirvədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş məlumat lövhəsi bərkidilib.

Ümumi çəkisi 95 kiloqram, hündürlüyü isə 1 metr 40 santimetr olan abidə zirvəyə alpinistlərin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin köməyi ilə daşınıb.

Abidənin müəllifi Əməkdar rəssam və heykəltəraş Azad Əliyevdir. Layihənin əlaqələndiricisi isə Səlhab Məmmədovdur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 307}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22