fim.az

Səhər yeməyi önəmli imiş

15-10-2018, 11:06

 Səhər yeməyi önəmli imiş
















Səhər yeməyi zamanı düzgün ərzaqların seçilməməsi beynin fəaliyyət mexanizmini təhlükəyə atır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu qənaətə Sidney Makkuori Universitetinin alimləri gəlib

Məlumata görə, ekspertlərin fikrincə yüksək yağ və şəkər tərkibli qidalar ən pis menyudur. Onun mənfi təsirini qidalanmanın 4-cü günündən hiss etmək mümkündür.

Alimlər 102 könüllü üzərində araşdırma aparıblar. Onlardan heç biri sağlamlıq problemindən və artıq çəkidən şikayətlənməyib.

Birinci qrup səhər yeməyi zamanı qızardılmış tostlar yeyərək, şokoladlı-südlü kokteyl içib. Digər qrupa isə daha sağlam qidalar və ya az miqdarda faydasız menyu təklif edilib.

Birinci və 4-cü gün insanlar yaddaş testindən keçirilib. Şirin və yağlı qidalar yeyənlər ən pis nəticəi göstərib. Ekspertlər qeyd edirlər ki, sağlam olmayan qidalanma informasiyanı yadda saxlaya biləcək bilik funksiyasına təsir edən qan şəkərini yüksəldir.

Bundan başqa zərərli dieta saxlayan insanlar aclıq və toxluq hissini müəyyən edə bilmirlər. Araşdırma müəlliflərinin fikrincə, bu hipokampusun (beyin limbik sisteminin bir hissəsinin) işləməməsi səbəbindəndir.

Read more: https://sputnik.az/news/20181015/417306046/seher-yemeyi-onemli-imis.html


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 127}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22