fim.az

Bloqer Hüseynə görə Bakıda izdiham yaşandı – Fotolar, Video

10-11-2018, 13:07

Bloqer Hüseynə görə Bakıda izdiham yaşandı – Fotolar, Video














Bu gün Bakıdakı “28 Mall” ticarət mərkəzində Rusiyada yaşayan məşhur azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənovla görüş keçirilib.

Virtualaz.org xəbər verir ki, görüşə Həsənovun xeyli sayda pərəstişkarı, xüsusilə gənclər toplaşıb.

Çoxlu sayda insanın bir yer cəmləşməsi basabasa və təşvişə səbəb olub.

Bildirilir ki, “28 Mall”un havalandırma sistemi işinin öhdəsindən gəlməyib, bir müddət sonra bəzi ziyarətçilər və bloger özlərini pis hiss etməyə başlayıbar.

Qeyd edək ki, Rusiyanın ən populyar videoblogerlərindən olan Hüseyn Həsənov Sankt-Peterburqda anadan olub, bu şəhərin iqtisadiyyat universitetinin iqtisadiyyat və maliyyə fakültəsini bitirib. Restoran biznesinə sahibdir.

Blogerin özünün dediyinə görə, “İnstagram” səhifəsində bir reklam paylaşımının qiyməti 600-700 min rubla bərabərdir, hər bir paylaşım isə 33 milyondan çox baxış sayı toplayır. Hazırda onun “İnstagram” səhifəsinin 6,6 milyon abunəçisi var.

Bloqer Hüseynə görə Bakıda izdiham yaşandı – Fotolar, Video


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 445}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22