fim.az

Döyülən məktəb direktoru: “Cavab verə bilməyəcəyim sual yoxdur”

25-11-2018, 12:17

Döyülən məktəb direktoru: “Cavab verə bilməyəcəyim sual yoxdur”














Tural Mirzəliyev: “Cavab verə bilməyəcəyim sual yoxdur”
Xəbər verdiyimiz kimi, 175 saylı məktəbin direktoru Tural Mirzəliyevlə aktyor-rejissor Rza Rzayev arasında baş verən insident hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Hazırda Sabunçu rayon 3 saylı xəstəxanada müalicə alan direktor kəllə-beyin travması aldığını və bu səbəbdən həkimlərin ona tərpənmə, hərəkət etmə qadağası qoyduğunu deyib.

Minval.info sözügedən statusu təqdim edir: “Xəstəxanadayam. Burada olduğum müddətdə cəmiyyətlə ünsiyyətim zəifləyib. Hər şeyə cavab verə bilmirəm. Bu statusun altında hər kəs məsələ ilə əlaqədar istədiyi sualı yazsın. Suallar toplandıqdan və buradan çıxdıqdan sonra suallara uyğun ətraflı status yazacağam. Qarşı tərəfin vəkilləri də yaza bilər. Xahiş edirəm, hər sual ayrı şərh formasında olsun, mənə dəstək mesajları olmasın, məndən başqa suallara heç kim cavab verməsin. Mümkün qədər paylaşın ki, çox insan görsün. Cavab verə bilməyəcəyim sual yoxdur. Xəbər kirliliyini və dezinformasiyaları bitirmək istəyirəm”.

Artıq sözügedən statusun altında direktora xeyli suallar yönləndirilib. Onların içində dəstək xarakterli mesajlar çoxluq təşkil edir. Direktor hələlik hər hansı suala cavab verməyib. Dünən onun xəstəxana yatağından çəkilən videosunda isə T.Mirzəliyev səhhətinin ağır olduğunu demiş, ona dəstək verənlərə təşəkkür etmişdi.
Mövzunu davam etdirəcəyik.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 273}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22