fim.az

Növbəti həyasız erməni təklifi - Bakının cavabı nə olacaq?

13-02-2019, 14:31

Növbəti həyasız erməni təklifi - Bakının cavabı nə olacaq?














Rəsmi orqanlar tərəfindən dövlətə xəyanətdə suçlanan Elnur Hüseynzadənin Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən müəmmalı şəkildə azadlığa buraxılaraq Ermənistana göndərilməsi xəbərindən sonra Şuşa türməsində saxlanılan digər girovlarımız - Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad edilməsi məsələsi nisbətən fəal şəkildə gündəmə gətirilib. Lakin həm Ermənistan, həm də separatçı rejimin onların azadlığa buraxılmasından bir daha qəti imtina etdiyi məlum olub. Ermənistan deyir: “Dağlıq Qarabağ müstəqil qurumdur, biz onun işinə qarışmırıq...” Separatçı rejim isə...

Moderator.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərdə qondarma rejimin bu məsələyə son reaksiyasından bəhs edilir. Xəbərdə xatırladılır ki, fevralın 5-də Azərbaycan Xarici İşlər nazirinin mətbuat katibi Leyla Abdullayeva "İnterfaks-Azərbaycan" agentliyinə açıqlamasında “Biz istərdik ki, Ermənistan D. Əsgərov və S. Quliyevi azad etsin" ifadəsini dilə gətirib...

Dağlıq Qarabağın “xarici işlər nazirliyi” adlanan qanunsuz və saxta qurumun “informasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri” sayılan Artak Nersisyan adlı məxluq isə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına belə bir həyasız münasibət bildirib:

"Azərbaycan Ermənistandan daha iki Azərbaycan vətəndaşı - Şahbaz Quliyev və Dilqəm Əsgərovu azad etməyi gözləyir. Azərbaycanın Ermənistana şikayəti əsassızdır. “Artsax”da “mühakimə olunmuş” Azərbaycan "cinayətkar"larının məsələsi ilə bağlı rəsmi Bakı mütləq birbaşa "rəsmi Stepanakert"ə müraciət etməlidir...”

Belə bir “hüquqi” məsələ ilə əlaqədar Azərbaycanın hər hansı dövlət orqanının Xankəndindəki qondarma rejimlə irtibata keçməsi isə həmin qurumu tanımaq anlamına gəlir...

Rusiya müxbirinin Xankəndində müraciət etdiyi “ictimai-siyasi” şəxslər, eləcə müxalif hesab olunan “siyasətçi”lər də separatçı rejim “rəsmi”sinin mövqeyini birmənalı şəkildə dəstəkləyiblər.

Qarabağda müharibə başlayandan Azərbaycanın bəzi siyasiləri ilə mütəmadi ünsiyyətdə olan “Helsinki təşəbbüsü-92” komitəsinin rəhbəri Karen Ohancanyan isə bildirib ki, komitə üzvləri müntəzəm olaraq Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkirlər. Komitə rəhbərinin sözlərinə görə, onların saxlanma şəraiti beynəlxalq standartlara uyğundur...


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 416}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22