fim.az

Arif Əsgərovun Slovakiyada biznesi üzə çıxdı – şok faktlar (FOTOLAR)

18-02-2019, 09:22

Arif Əsgərovun Slovakiyada biznesi üzə çıxdı – şok faktlar (FOTOLAR)














“Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədrinin və oğullarının Bratislavada ticarət şirkətləri var; onların Bakıda həbs etdirdiyi yaxın qohumunun valideynləri isə “Londonda da mal-mülkləri var” deyirlər…

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış Arif Əsgərovun yaxın qohumu Rahib Hüseynovun cinayət işi Bakı Apelyasiya Məhkəməsinə daxil olub. Rahib Hüseynov Arif Əsgərovun baldızının oğludur. O, dələduzluqla külli-miqdarda pulu ələ keçirməkdə təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilib. Rahib Hüseynov məhkəmədə dönə-dönə vurğulayıb ki, o yalnız xalası oğlu, Arif Əsgərovun oğlu Elnar Əsgərovun müxtəlif vəzifəli şəxslərdən aldığı pulların qeydiyyatını aparıb. Rahib Hüseynov ittiham üzrə özünü təqsirli bilməyib, deyib ki, həmin pulların mənimsənilməsində rolu olmayıb. Pullar Elnar Əsgərovdadır.

Hüseynovun valideynləri Lətifə və İsmayıl Hüseynovlar bu məsələ ilə bağlı “Yeni Müsavat”a geniş açıqlama veriblər. Həmin açıqlamalarında Elnar Əsgərovun topladığı pulları xaricə qaçırdığını demişdilər.

Arif Əsgərovun Slovakiyada biznesi üzə çıxdı – şok faktlar (FOTOLAR)


Artıq onların dedikləri təsdiqini tapmaqdadır. Slovakiyada Arif Əsgərov, oğlanları Elnar və Ürfan Əsgərovların biznesi üzə çıxıb.

Azpolotika.az saytı xəbər verir ki, 2007-ci iyulun 13-də Bakı şəhəri, Cəfər Xəndan küçəsi 10 ünvanında qeydiyyatda olan Ürfan Əsgərov Bratislava sakini Elçin Qasımov və Bakı şəhəri, Mirqasımov 2 ünvanında qeydiyyatda olan Elvin Süleymanovla birlikdə ELUREL TRANS S.R.O. şirkətini qeydiyyatdan keçiriblər. Həmin vaxtlar Arif Əsgərov Azərbaycan Dövlət Dəmir Yolunun rəisi idi. Slovakiyanın qərbindəki Bratislava şəhərində Arif Əsgərovun oğlanları Elnar və Ürfan Əsgərovların şirkətləri var. Araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır ki, şirkətin nizamnamə kapitalı Slovakiyanın o zamankı pulu ilə 200 min kron (6639 avro) təşkil edib. Qeydiyyat nömrəsi: 36804576.

Qeydiyyat ünvanı: Pezinska 185, 902 01 Vinosady.

Arif Əsgərovun Slovakiyada biznesi üzə çıxdı – şok faktlar (FOTOLAR)


Nizamnaməyə görə, şirkət logistika, topdan və pərakəndə ticarətlə məşğul olur. Elçin Qasımov Azərbaycanın Bratislavadakı fəxri konsulu, əslində yüksəkçinli məmurlara şirkətlər açmaqda, onları idarə etməkdə yardım edən Cəlal Qasımovun oğludur. Cəlal Qasımov özü 1974-80-ci illərdə Bratislavada Texniki Universitetdə oxuyub, slovak dilini mükəmməl bilir. Onun tövsiyələri və dəstəyi əsasında məmurlar Azərbaycandan bu ölkəyə xeyli vəsait çıxarıblar. ELUREL TRANS S.R.O. şirkətini uzun müddət Cəlal Qasımov özü və xanımı Marina Qasımova idarə edib. Arif Əsgərov 2009-cu il mayın 16-da digər oğlu, 1985-ci il təvəllüdlü, Bakı şəhəri Cəfər Xəndan 10 ünvanında qeydiyyatda olan Elnar Əsgərovu şirkətə ortaq gətirir. 2017-ci ili əvvəlində Nəqliyyat Nazirliyi ləğv edildikdən sonra, nazir müavini postunu itirən Arif Əsgərovun oğulları ELUREL TRANS S.R.O. şirkətini həmin ilin noyabrın 16-da tərk edirlər, əvvəlcə Cəlal və Marina Qasımovların adına keçirilən şirkətin 2018-ci ilin aprelin 4-dən faktiki olaraq yeni sahibi ortaya çıxır.

Bu həmin Elnar Əsgərovdur ki, 2008-ci ilin əvvəllərində təhsil aldığı İngiltərənin York Universitetində saxtakarlağına görə ifşa olunmuşdu və bütün İngiltərə mətbuatı bu biabırçılığı müzakirə etmişdi. O zaman Arif Əsgərovun oğlu özündən 11 yaş böyük olan Joram Drean adlı bank işçisini 20 min funt sterlinq müqabilində öz əvəzinə imtahana keçirmişdi, amma bu saxtakarlıq baş tutmamışdı.

Arif Əsgərovun Slovakiyada biznesi üzə çıxdı – şok faktlar (FOTOLAR)


Maraqlı olan daha bir fakt ondan ibarətdir ki, keçmiş baş dəmiryolçunun İngiltərəyə “oxumaq dalınca gedən” oğlu hələ 20 yaşında bu ölkədə şirkət sahibi olub. Belə ki, Elnar Əsgərovun adına 2005-ci ilin 13 aprelində Londonda TYROLESE (579) LIMITED şirkəti (şəhadətnamə nömrəsi: 05423339) qeydiyyatdan keçirilib. Daha sonra ASTARA TRANSIT TERMINAL LIMITED adlanan şirkəti faktiki olaraq Türkiyə vətəndaşı Cavad Kamil və İngiltərə vətəndaşı David John Lofton idarə ediblər. Arif Əsgərov 1 fevral 2011-ci il tarixinə qədər bu şirkət vasitəsilə Azərbaycan üzərindən yükdaşımalardan böyük pullar əldə edib. Şirkətin ünvanı 12 Fetter Ln, London, Birləşmiş Krallıq göstərilir.

Arif Əsgərovun Slovakiyada biznesi üzə çıxdı – şok faktlar (FOTOLAR)


Arif Əsgərovun daha bir oğlu Azər Əsgərov da atası nazir müavini olanda Londonda şirkət açıb. Kembric Universitetində beynəlxalq əlaqələr üzrə magistr təhsili alan Azər Əsgərov AZTECSA LIMITED şirkətini qeydiyyatdan keçirib (şəhadətnamə nömrəsi: 10147924). Bu şirkət də Arif Əsgərovun vəzifəsinə xitam verildikdən az sonra, 2017-ci il sentyabrın 26-da ləğv edilir.

Arif Əsgərovun Slovakiyada biznesi üzə çıxdı – şok faktlar (FOTOLAR)


Arif Əsgərovun Slovakiyada biznesi üzə çıxdı – şok faktlar (FOTOLAR)


Hüseynovlar “Yeni Müsavat”a bildiriblər ki, Əsgərovların Böyük Britaniya paytaxtında da mal-mülkləri var. Deyirlər ki, Elnar Əsgərov Londonda dəbdəbəli mülkə sahib olub: “Ərəb mənşəli Joram Dreanı özünün əvəzindən imtahana keçirəndən sonra qalmaqal ortaya çıxdı. O vaxt Elnar qaçıb Bakıya gəldi. Onun ardınca həmin ərəb də Bakıya gəlmişdi. Onun oğlu Elnar İngiltərədə oxuyanda nə oyunlar açıbsa, bu gün də həmin oyunların başqa formasını davam etdirir. O vaxt ərəbi özünün yerinə imtahana salmışdı. 2 milyon pul verib qurtardılar. O vaxt 2 milyonu ödəyəndə Arif Əsgərovun xəbəri yox idi. Ərəbə pul verib yola saldılar. Həmin gündən Elnarın Londona yolu bağlanmışdı, getmirdi ki, onu orada həbs edərlər”.

Hüseynovlar bir daha vurğulayıblar ki, övladlarının günahı yoxdur, oğulları Əsgərovların qurbanına çevriliblər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 337}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22