fim.az

Azərbaycanın yeni milyarderi Zaur Mişiyev – Məşhur şirkəti aldı

27-06-2019, 13:51

Azərbaycanın yeni milyarderi Zaur Mişiyev – Məşhur şirkəti aldı














Moskvada məşhur “Mosxoztorq” mağazalar şəbəkəsinin nəzarət səhm paketi “Falcon Home Distribution” şirkətinə keçib. “Qafqazinfo”nun “Vedomosti” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın hüquqi şəxslərin qeydiyyatı Reyestrinin məlumatında verilib.

Bildirilir ki, mağazalar şəbəkəsinin 50,5 faizi Bolqarıstanın paytaxtı Sofiyada qeydiyyatdan keçmiş “Falcon Home Distribution” şirkətinin mülkiyyətindədir. Həmin şirkətin sahibi isə Azərbaycan vətəndaşı Zaur Mişiyevdir.

Məlumata görə, “MXT” MMC 2018-ci ildə Sofiyada qeydiyyatdan keçib, cari ilin iyunun 17-dən isə döşək ağlarının, ayaqqabı, tekstil, mebel və ərzaq mallarının satışı ilə məşğul olan “Falcon Home Distribution” şirkətinin mülkiyyətindədir.Bundan öncə 50,5 faizlik səhm paketi Veronika Kuryanovanın mülkiyyətində olub. Sözügedən şirkətin digər səhmləri, yəni 39,5 faizi İlya Polyaçkov və 10 faizi isə İlya Traber arasında bölünüb.

Qeyd edək ki, ev, bağ evləri, bağça və məişət üçün əşyaların satışı üzrə ixtisaslaşan “Mosxoztorq” mağazalar şəbəkəsi Moskvada 2015-ci ildən fəal şəkildə inkişaf etməyə başlayıb, Rusiya paytaxtında 36 mağazası var.Azərbaycanın yeni milyarderi Zaur Mişiyev – Məşhur şirkəti aldı











Şəbəkə ötən ilin dekabrında əsasən şəhərin mərkəzindəki mağazalarını bağlamağa başlayıb. Bunun səbəbi kimi icarə haqlarının yüksək olması göstərilib.

Hərçənd 2017-ci ildə “MXT” MMC-nin hasilatı 2.25 milyard rubl təşkil edib, 2016-cı ildə isə bu rəqəm 1.28 milyard rubl idi. Beləliklə, şirkətin təmiz gəliri bir ilə az qala iki dəfə artıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 336}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22