fim.az

Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib – SİYAHI

15-11-2019, 09:44

Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib – SİYAHI

Son iki gündə Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib.

“Report”un Avropa bürosunun məlumatına görə, onlar Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Geseke şəhərində yaşayan Əfran və Ülviyyə Mütəllimovalar, Axen şəhərindən Toğrul Məmmədov, Hamm şəhərindən Azər Əliyev həyat yoldaşı və iki uşağı ilə, Bavariya əyalətindən isə İmran Davudov, Ülviyyə Davudova və onların övladları – 11 yaşlı Fatimə və 9 yaşlı Binnət Davudovalardır.

Azərbaycan vətəndaşları Bayroyt və Düsseldorf hava limanlarından transfer uçuşu vasitəsilə Azərbaycana deportasiya ediliblər.

Onlar sığınacaq istəklərinin geri çevrilməsi ilə bağlı Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) qərarından məhkəməyə dəfələrlə şikayət etsələr də, deportasiyadan xilas ola bilməyiblər.

Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib – SİYAHI


İmran Davudov, Ülviyyə Davudova və onların övladları – 11 yaşlı Fatimə və 9 yaşlı Binnət Davudovalar


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 283}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22