fim.az

Prezidentin açılışında iştirak etdiyi “Qobu park 3” yaşayış kompleksinin girişindəki ağaclar kəsilib — VİDEO

2-07-2020, 22:34

Prezidentin açılışında iştirak etdiyi “Qobu park 3” yaşayış kompleksinin girişindəki ağaclar kəsilib — VİDEO


Paytaxtın Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan “Qobu Park” yaşayış kompleksinin girişində əkilmiş ağaclar kəsilib.
Qısa müddət əvvəl buradakı ağacların yaşıllığı göz oxşasa da, indi o gözəllikdən əsər-əlamət qalmayıb. Yaşayış kompleksinin daxilində olan ağaclar da quruyur.

Sakinlərin sözlərinə görə, əkildiyi gündən sonra ağaclar suvarılmayıb.

Məsələylə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə üz tutsaq da, suallarımızı cavablandıracaq kimisə tapmadıq.

Ekologiya və Təbii sərvətlər nazirliyi isə məsələdən xəbərdardır. Qurumdan Baku.Tv-ə verilən məlumata görə artıq məsələ araşdırılır.

Ağaclar təbiətimizin ağ ciyərləridir. Necə ki, koronavirus ağciyərləri zədələyərək insanı ölümə məhkum edir, elə ağacların da kəsilməsi təbiətin məhvi deməkdir.

Ümid edirik ki, bu vəhşiliyi törədənlər tezliklə layiqli cavablarını alacaqlar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 169}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22