fim.az

Tenderin qalibi Kəmaləddin Heydərovun həyat yoldaşı oldu

13-08-2020, 10:47

Tenderin qalibi Kəmaləddin Heydərovun həyat yoldaşı oldu


Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşı Ruhəngiz Heydərova Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) elan etdiyi tenderin qalibi olub.

Bu barədə elektron satınalmalar portalına istinadən sosial şəbəkələrdə məlumat yayılıb.

Mərkəz 2020-ci ilin fevral ayında ofis yerinin icarəsi üçün tender elan edib. Avqustun 11-də açıqlanan tenderin nəticəsinə görə qalib Heydərova Ruhəngiz Muxtar qızı olub. Dövlət qurumu olan BBMM ofis yerinin icarəsi üçün ona 48 min 840 manat ödəyəcək. R.Heydərova məxsus və Mərkəzin yerləşdiyi bina Mikayıl Useynov küçəsi, ev 63 ünvanındadır.

Qeyd edək ki, Ruhəngiz Heydərova SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədridir. O, həm də YAP Qadınlar Şurasının üzvüdür.

Tenderin qalibi Kəmaləddin Heydərovun həyat yoldaşı oldu


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 302}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 2323331