fim.az

İşğaldan azad olunmuş ərazilərdə yerli strukturlar fəaliyyətə başladı - RƏSMİ

16-11-2020, 09:48

İşğaldan azad olunmuş ərazilərdə yerli strukturlar fəaliyyətə başladı - RƏSMİ


Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturların təşkilini davam etdirir.
Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər, Cəbrayıl, Zəngilan və Qubadlı rayon Dövlət Yanğından Mühafizə hissələri müvafiq olaraq Şuşa, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərində fəaliyyətə başlayıb. 

Bütün hissələr xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib. 

Xatırladaq ki, bundan əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli şəhəri və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlamışdı.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 324}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22