fim.az

Erməni təxribatı nəticəsində ölən və yaralanan şagirdlərin sayı açıqlanıb

15-12-2020, 11:19

Erməni təxribatı nəticəsində ölən və yaralanan şagirdlərin sayı açıqlanıb


Təhsil naziri Emin Əmrullayev Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti əsasında 10 dekabr-Beynəlxalq insan hüquqları gününə həsr olunan onlayn konfransda iştirak edib.

Nazirlikdən verilən məlumata görə, tədbirdə çıxış edən təhsil naziri koronavirus pandemiyası və Ermənistan hərbi qüvvələrinin təxribatları fonunda təhsilin davamlılığının təmin edilməsi istiqamətində atılan addımlar barədə ətraflı məlumat verib.

Nazir onlayn tədrisə keçidi təmin etmək məqsədilə “Microsoft” şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılmış “Virtual məktəb” platformasının fəaliyyətinə toxunaraq, sözügedən platformada 1 milyon 300 mindən çox şagird və 120 mindən çox müəllimin qeydiyyatdan keçdiyini vurğulayıb.

Nazir həmçinin cari ilin 27 sentyabr tarixindən etibarən 6 həftədən artıq davam etmiş Ermənistan hərbi qüvvələrinin hücumları nəticəsində 10 şagirdin həlak olduğunu, 16 şagirdin yaralandığını, 54 təhsil müəssisəsinin isə müxtəlif dərəcəli dağıntılara məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, dəymiş zərərin aradan qaldırılması istiqamətində müvafiq addımların atıldığını vurğulayıb. report

Erməni təxribatı nəticəsində ölən və yaralanan şagirdlərin sayı açıqlanıbErməni təxribatı nəticəsində ölən və yaralanan şagirdlərin sayı açıqlanıbErməni təxribatı nəticəsində ölən və yaralanan şagirdlərin sayı açıqlanıbErməni təxribatı nəticəsində ölən və yaralanan şagirdlərin sayı açıqlanıbErməni təxribatı nəticəsində ölən və yaralanan şagirdlərin sayı açıqlanıb


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 334}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22