fim.az

Görəsən bəzi sayt rəhbərləri Şahin Məmmədovdan nə istəyir!? Yel qayadan nə aparar? İt hürər karvan keçər

22-06-2022, 10:15

Görəsən bəzi sayt rəhbərləri Şahin Məmmədovdan nə istəyir!? Yel qayadan nə aparar? İt hürər karvan keçər


Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.

Bəzi sayt rəhbərləri Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov nə istəyirlər?! Yel qayadan nə aparar? İt hürər karvan keçər

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsə də sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhdəti özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi icra başçısıdı. Bu şəxs kimidir?

Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmə alırlar". İcra başçısı “1 manatlıq” şirkətə milyonluq tenderlər verdi başlıqlı yazı yazaraq təxribat edirlər. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Fim.az-ın əməkdaslarının araşdırması nəticəsində rayon sakinləri haqqında sorğu keçirdik. Bir ağızla dedilər: Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır

Ölkə Prezidentinin sərəncamı ilə Masallı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Şahin Məmmədovun Masallıya gəlişindən sonra, Masallı əsraəngiz gözəlliyi ilə, baxanı valeh edir. Bu da Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədovun rayona və onun vətəndaşlarına göstərdiyi qayğının bir nəticəsidir. Rayon rəhbərliyinin, konkret olaraq isə Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov ölkə rəhbərliyinin göstəriş və tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirməsi isə Masallıya inkişaf tendensiyasını daha da dönməz xarakter almasına səbəb olub.

Ölkə rəhbərinin tapşırıqlarına əsasən rayon ərazisində iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühütünün formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbüt şəraitin yaradılması, kənd təsərrüfatında islahatların genişləndirilməsi, yerli infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı əməli tədbirlər görülür.

MASALLILI SAHİBKARLARLA GÖRÜŞ

Görəsən bəzi sayt rəhbərləri Şahin Məmmədovdan nə istəyir!? Yel qayadan nə aparar? İt hürər karvan keçər


Qəriblər kəndi ərazisində yerləşən «Viləş» oteldə Masallıdan olan sahibkarlarla görüş keçirilmişdir.
Görüşdə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Masallılı sahibkarların müraciəti əsasında təşkil olunan ğörüşü giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən layihə və islahatlardan danışmış, sahibkarların fəaliyyətinə daimi diqqət və qayğı göstərilməsinin vacibliyini qeyd etmişdir. Bildirmişdir ki, Masallının sənaye, kənd təsərrüfatı və turizm mərkəzi kimi inkişaf etməsi üçün ölkə rəhbəri cənab İlham Əliyev hər cür dəstək göstərir. Odur ki, qanun çərçivəsində fəaliyyəti artırmaq üçün sahibkarlara bundan sonra da hər cür yardım göstəriləcəkdir. Masallını ölkənin ən inkişaf etmiş rayonları sırasında görmək üçün abadlıq, tikinti və quruculuq işlərini daha geniş miqyasda aparılacağını bildirən rayon rəhbəri, sahibkarlığın inkişafının həm yeni iş yerlərinin açılması, həm də rayonumuzun inkişafı demək olduğunu vurğulamışdır. Bu səbəbdən də sahibkarlarla görüşməyi, təklif və arzularını dinləməyi məqsədəuyğun hesab etdiyini bildirən icra başçısı birgə fəaliyyətlə rayonumuzun inkişafında daha böyük uğurlara nail olunacağını qeyd etmişdir.

Əlbəttə, rayon rəhbəri daha fəal, gənc sahibkar və iş adamlarının nümunəvi işini də ön plana çəkmiş, ad və soyadlarını vurğulamış, onların Vətən müharibəsi dövründə döyüşçülərin ailələrinin zəruri ərzaqla təmin edilməsini, pandemiya dövründə gördükləri yaxşı işləri, şəhər, qəsəbə və kəndlərimizdə həyata keçirdikləri tikinti-abadlıq işlərini bir daha diqqətə çatdırmış və davamlılığını qeyd etmişdir.

Görüşdə çıxış edən sahibkarlar bildirmişlər ki, son vaxtlar Masallı rayonunda həyatın bütün sahələrində əsaslı yüksəliş hiss olunur, dinamik inkişaf özünü hər addımda göstərir. Əsası odur ki, adamların əhval-ruhiyyəsi yüksəlmiş, təşəbbüskar və yaradıcı mühit formalaşmış və sağlam mənəvi-psixoloji ab-hava vardır. Azad sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı, bu sahədə yaradılmış münbit və əlverişli şərait, əsassız yoxlamaların, süni maneələrin aradan qaldırılması istiqamətində həyata keçirilən əsaslı və ardıcıl tədbirlər xüsusilə diqqəti cəlb edir.

Çıxışçılar həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ölkədə, o cümlədən 230 minə yaxın əhalinin yaşadığı Masallıda münbit əlverişli və şəffaf şəraitin olduğunu vurğuladılar. Masallılı sahibkarlar hər işdə öncül və nümunəvidirlər. İş adamları, fermerlər yaradılmış azad, sərbəst və münbit şərait üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevə hədsiz minnətdarlıqlarını bildirdilər, bütün imkan və səylərini iqtisadiyyatımızın daha da genişləndirilməsinə yönəldəcəklərini bəyan etmişlər.

Görəsən bəzi sayt rəhbərləri Şahin Məmmədovdan nə istəyir!? Yel qayadan nə aparar? İt hürər karvan keçərGörəsən bəzi sayt rəhbərləri Şahin Məmmədovdan nə istəyir!? Yel qayadan nə aparar? İt hürər karvan keçərGörəsən bəzi sayt rəhbərləri Şahin Məmmədovdan nə istəyir!? Yel qayadan nə aparar? İt hürər karvan keçərGörəsən bəzi sayt rəhbərləri Şahin Məmmədovdan nə istəyir!? Yel qayadan nə aparar? İt hürər karvan keçərGörəsən bəzi sayt rəhbərləri Şahin Məmmədovdan nə istəyir!? Yel qayadan nə aparar? İt hürər karvan keçərGörəsən bəzi sayt rəhbərləri Şahin Məmmədovdan nə istəyir!? Yel qayadan nə aparar? İt hürər karvan keçər


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 312}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22