fim.az

Elçin Əfəndiyevin qızı hakim təyin edilə bilər

28-01-2021, 10:23

Elçin Əfəndiyevin qızı hakim təyin edilə bilər


Konstitusiya Məhkəməsinə yeni hakim təyin olunacaq.
Unikal.org məlumatına görə, Humay Elçin qızı Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi haqqında məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib. 

Məsələ müzakirə edildikdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, H.Əfəndiyeva Azərbaycan baş nazirinin sabiq müavini, xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 283}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22