fim.az

Bayram günləri rayonlara gediş-gəliş qadağan olunur? - AÇIQLAMA

5-03-2021, 14:32

Bayram günləri rayonlara gediş-gəliş qadağan olunur? - AÇIQLAMA


Azərbaycanda son günlər koronavirusa yoluxanların sayında artım müşahidə edilir. Belə ki, fevralın 4-də koronavirus infeksiyasına 314 yeni yoluxma faktı qeydə alınıb, 124 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Yoluxanların sayındakı artım karantin rejiminin sərtləşdirilməsi ehtimalını ortaya çıxarır. Hətta insanlar rasında Novruz bayramı günlərində rayonlara gediş-gəlişin qadağan olunacağı ilə bağlı fikirlər səsləndirilir. Bəs görəsən Novruz bayramı günləri rayonlara gediş-gəlişin qadağan olunması ilə bağlı yayılan xəbərlər nə dərəcədə həqiqəti əks etdirir?
Bununla bağlı Sonxeber.az-ın suallarını cavablandıran dosent Ədalət Rüstəm bildirib ki, koronavirus infeksiyasına yoluxanların sayında artım müşahidə edildiyindən, bayram günləri rayonlara gediş-gəlişin qadağan olunması gözləniləndir:

"Son günlər yoluxanların sayında müşahidə olunan artım ürəkaçan deyil. Artıq yoluxma sayı 300-ü keçib. Bayram günləri əgər sərtləşdirilmə olmasa yoluxanların sayı 1000-ə çata bilər. Bilirsiniz ki, Novruz bayramı bizim milli bayramımızdır və insanlarımız həmin günlərdə bir-birinin evinə qonaq gedir. Bu da yoluxanların sayında artıma səbəb ola bilər. Ona görə də düşünürəm ki, Operativ Qərargah bayram günləri ilə bağlı qismən də olsa sərtləşmə ilə bağlı qərar qəbul edəcək. Ümumiyyətlə bayram günləri karantin rejimi sərtləşdirilməlidir ki, yoluxanların sayı yenidən 4 rəqəmliyə yüksəlməsin".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 345}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22