fim.az

Azərbaycanda 600 manata səməni satılıb - VİDEO

18-03-2021, 15:02

Azərbaycanda 600 manata səməni satılıb - VİDEO


Novruz bayramının rəmzlərindən biri olan səməni bazarlarda müxtəlif qiymətlərə təklif edilir.
Xəzər TV xəbər verir ki, bazarda 50 qəpikdən tutmuş 50 manata qədər səmənilərə rast gəlmək mümkündür.

Satıcıların sözlərinə görə, bayramla əlaqədar səmənilərə tələbat artıb. Yüksək tələbat qiymətlərə təsir göstərib. Hətta satıcılardan biri xüsusi sifarişlə hazırlanmış səmənini 600 manata satıb.

Səməninin əsasını təşkil edən buğdanın 1 kiloqramının qiyməti 70-80 qəpikdir. Amma səməni bundan dəfələrlə bahadır. Satıcılar deyir ki, qiymətlər təkcə buğdaya görə dəyişmir. Qiymətin yüksək və ya aşağı olması istifadə olunan bəzək materiallarından asılıdır.

Satıcılar bildirirlər ki, bəzi səmənilər müştərilərin sifarişindən asılı olaraq hazırlanır. Bu amil də qiymətə təsir göstərir.

Bəs alıcılar nə düşünür? Səməni üçün bu qədər israfçılığa dəyərmi?

Müşahidələr onu göstərir ki, daha çox tələbat 50 qəpik-2 manat arasında olan səmənilərədir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 313}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22