fim.az

"WhatsApp" "App Store"dan silinə bilər

24-05-2021, 15:29

"WhatsApp" "App Store"dan silinə bilər


On milyonlarla istifadəçini narazı salan yeni məxfilik siyasəti səbəbindən yaxın gələcəkdə "WhatsApp" messenceri "Apple App Store" kataloqundan silinə bilər.
"Apa xəbər verir ki, istifadəçi məlumatlarının "Facebook"a ötürülməsini nəzərdə tutan "WhatsApp"ın yeni qaydası tətbiqlər mağazasının mövcud qaydalarına ziddir. Belə ki, mağaza qaydalarının 3.2.2 bəndi "Apple"a əlavə araşdırma aparmadan "WhatApp"ı "AppStore"dan çıxarmaq hüququnu verir.

İranla Azərbaycan arasında logistika və dəmiryol terminalının tikintisinə lisenziya verilib

Bənddə qeyd olunur ki, tətbiqlər istifadəçilərdən qiymət verməsini və onlara baxmasını, digər tətbiqlərini yükləməsini, reklamlara klikləməsini, izləməyə icazə verməsini və digər oxşar əməliyyatlar həyata keçirməsini tələb etməməlidir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 301}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22