fim.az

Milli Məclis yeni kreslolar alır

26-05-2021, 10:19

Milli Məclis yeni kreslolar alır


Milli Məclis 2021-ci il üçün saxlanma xərclərində nəzərdə tutulmuş vəait hesabına tələbat mallarının, i. və xidmətlərin satın alınması məqsədilə təkliflər sorğusu keçirir.

Təkliflər sorğusu 7 lot üzrə Milli Məclis inzibati binalarına zəif cərəyanlı sistemlərin alınması və quraşdırılması, darvaza avtomatikası və qapı aksesuarlarına illik texniki xidmət, “Milli Məclis” analitik jurnalının və bu qəbildən olan digər çap işləri, inzibati binalarında fasad örtüklərində, avtomobil parkındavə həyatyanı sahələrində təmir bərpa işləri, inzibati binalarınfda eklektrik avadanlıqlarının torpaqlama konturlarının, kabellərin izoliyasiyası müqavimətlərinin ölçülməsi və protokolların tərtib edilməsi, mətbəx və məişət texnikası avadanlıqlarınan alınması və ehtiyyat hissələri də daxil olmaqla təmir işləri, rəhbərlik və qonaqlar üçün kresloların satın alınması məqsədi ilə keçirilir.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini iyunun 2-I, saat 18:00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 1 ünvanına təqdim edə bilərlər. Təkliflərə iyunun 3-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 243}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22