fim.az

DSX-nin həlak olan hərbçilərinə şəhid statusu veriləcək - RƏSMİ

17-06-2021, 12:34

DSX-nin həlak olan hərbçilərinə şəhid statusu veriləcək - RƏSMİ


Dövlət Sərhəd Xidmətinin (DSX) yol qəzasında həlak olan hərbi qulluqçularına şəhid statusu veriləcək.

Bu barədə DSX-dən bildirilib.

“Qanunvericiliyə əsasən, yol qəzasında həlak olan hərbi qulluqçularımıza şəhid statusu veriləcək”, - DSX açıqlamasında qeyd edib.

Qeyd edək ki, iyun ayının 16-da saat 16:40 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib. Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oglu vəfat ediblər.

Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 266}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22