fim.az

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

2-12-2021, 11:31

BÜTÜN YOLLAR QARABAĞA APARIR...


Avtomobil Yollarının İstismarı və Təmiri idarəsinin rəisi Əflatun Qasımov - AAYDA tərəfindən görülən işlərin həftəlik icmalı



Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir

BÜTÜN YOLLAR QARABAĞA APARIR...


Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 45 kilometr təşkil edəcək. Dövlət başçısının tapşırığına əsasən, Bərdə-Ağdam avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Hazırda Bərdə-Ağdam avtomobil yolunun 6-45-ci kilometrlik hissəsində torpaq işlərinin icrası davam etdirilir. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qrunt qazılaraq çıxarılır, genişləndirmə işləri aparılmaqla 26.5 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılır. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri aparılır.

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “54 N-li Yol İstismarı” MMC ilə subpodratçı şirkət olaraq “Körpü-Bina-Tikinti” MMC birgə icra edir.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə 79 dairəvi suötürücü boru, 5 düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə 5 yeraltı keçidin tikinisi də davam etdirilir. Yol üzərində 2 yeni avtomobil körpüsünün və 1 yol ötürücünün tikintisi isə yekunlaşmaq üzrədir.

Belə ki, Bərdə-Ağdam avtomobil yolunun 25 və 40-cı kilometrlik hissəsində yerləşən 18.2 metr uzunluğa malik 1 aşırımlı körpü və 32.2 metrlik yol ötürücü üçün svay qazma işləri və dayaqların inşası aparılıb. Uzunluğu 91.3 metr təşkil edən körpünün hazır olan dayaqları üzərinə isə aşırım tirləri quraşdırılıb.

1-ci texniki dərəcəli avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə 8 nöqtədə geriyə dönmə hissələrinin yaradılması, 24 yerdə isə avtobus dayanacaqlarının inşası da həyata keçiriləcək.

Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə yeni düşərgə inşa edilib. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub.

Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolu işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolunun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edəcək.

BÜTÜN YOLLAR QARABAĞA APARIR...



Cəbrayıl-Hadrut avtomobil yoluna asfalt örtüyünün döşənməsinə başlanılıb

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan yol infrastrukturu layihələrindən biri olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.



Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Yolun uzunluğu 39.7 km-dir.

Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 14 metr təşkil edir.

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “13 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış yerli şirkət “Körpü-Bina-Tikinti” MMC birgə icra edir.

Artıq avtomobil yolunun ilk 11 km-lik hissəsində torpaq işləri və suni qurğuların inşası işləri bitib. Qeyd olunan ərazinin ilk 3 km-lik hissədə yeni yol yatağının inşası, yolun profilə salınması işləri həyata keçirilib, yol əsası inşa edilib və hamarlayıcı lay asfalt-beton örtüyü döşənib. Hazırda asfalt-beton örtüyünün alt layı döşənir. 3 və 5-ci km-lik hissədə isə yolun genişləndirilməsi, əsasın alt və üst layının tikintisi işləri icra olunub, texnoloji ardıcıllığa uyğun olaraq digər inşaat işləri agentlik tərəfindən davam etdirilir.

Yol boyunca suların ötürülməsini təmin etmək məqsədi ilə 38 dairəvi boru və 7 düzbucaqlı su keçidi, həmçinin tikilən yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə 11 yolaltı keçidin tikintisi də icra olunur. Artıq layihə üzrə nəzərdə tutulan 12 dairəvi boru və 5 yolaltı keçidin inşası yekunlaşıb.

Ümumilikdə isə yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 21.5 metr enində yol yatağının inşası davam etdirilir, yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi və hamarlayıcı layın asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 1, 18, 19, 26, 30 və 38-ci km-lik hissələrində 6 avtomobil körpüsünün inşası da davam edir. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq.

Yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurlar mexanizmlə kəsilirək, çətin relyefə malik dağlıq ərazidən keçən yolun layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yol yatağı inşa edilir.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edəcək.

BÜTÜN YOLLAR QARABAĞA APARIR...
BÜTÜN YOLLAR QARABAĞA APARIR...BÜTÜN YOLLAR QARABAĞA APARIR...BÜTÜN YOLLAR QARABAĞA APARIR...BÜTÜN YOLLAR QARABAĞA APARIR...BÜTÜN YOLLAR QARABAĞA APARIR...BÜTÜN YOLLAR QARABAĞA APARIR...BÜTÜN YOLLAR QARABAĞA APARIR...BÜTÜN YOLLAR QARABAĞA APARIR...BÜTÜN YOLLAR QARABAĞA APARIR...BÜTÜN YOLLAR QARABAĞA APARIR...BÜTÜN YOLLAR QARABAĞA APARIR...BÜTÜN YOLLAR QARABAĞA APARIR...BÜTÜN YOLLAR QARABAĞA APARIR...BÜTÜN YOLLAR QARABAĞA APARIR...BÜTÜN YOLLAR QARABAĞA APARIR...


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 135}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:0705114400