fim.az

İş adamı Bakı Baş Gömrük İdarəsi rəisindən şikayətçidir - Rəsmi məktuba şifahi cavab verilir - VİDEO+FOTO

22-06-2022, 09:25

İş adamı Bakı Baş Gömrük İdarəsi rəisindən şikayətçidir - Rəsmi məktuba şifahi cavab verilir - VİDEO+FOTO


Bakı Baş Gömrük İdarəsində sahibkarlara qarşı ikili münasibət və qanunun tələblərinin pozulması halları davam edir.

Bizimxeber.az İnformasiya Portalına müraciət edən iş adamı Ayaz Qocamanov sözügedən qurumun ona qarşı rəsmi qanunusuzluq edilməsindən şikayətçi olduğunu deyir.

İş adamı bildirir ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli onun hüquqlarını pozmaqla yanaşı, rəsmi müraciətinə şifahi cavab verir. Bu qanunların kobud şəkildə pozulması və sahibkarların süründürməçiliyə sövq edilməsinə açıq işarədir.

İş adamı Bakı Baş Gömrük İdarəsində baş verən məlum qanunsuzluğun araşdırılmasını, ona rəsmi cavabın verilməsini tələb edir. Həmçinin ölkə başçısı İlham Əliyevə, Dövlət Gömrük Komitəsinin rəisi Səfər Mehdiyevə müraciət edərək bu qanunsuzluğun aradan qaldırılmasında ona kömək etmələrini xahiş edir.

Qeyd edək ki, iki gün öncə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Dövlət Gömrük Komitəsinin bir neçə generalının həbs olunduğu bildirilir. Həmçinin DGK-nın "Azərterminalkompleks" birliyinin rəisi Ehtiram Xəlilov da saxlanılaraq 4 aylıq həbs edilib.

Onu da qeyd edək ki, Ehtitam Xəlilov külli miqdarda rüşvət alma və vəzifə səlahiyyətlərindən sui istifadə etməkdə təqsirləndiriıir.




İş adamı Bakı Baş Gömrük İdarəsi rəisindən şikayətçidir - Rəsmi məktuba şifahi cavab verilir - VİDEO+FOTO
İş adamı Bakı Baş Gömrük İdarəsi rəisindən şikayətçidir - Rəsmi məktuba şifahi cavab verilir - VİDEO+FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 100}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22