fim.az

Zakir Quliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

8-12-2022, 11:31

Zakir Quliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də sədr müavini Zakir Quliyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Zakir Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Zakir Quliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də sədr müavini kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Zakir Quliyev özünü doğruldub. Bizdə hörmətli Zakir Quliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

“Şəki-Oğuz” Aqroparkının torpaq sahəsini suvarma suyu ilə təmin edən qurğular işə salınıb

Zakir Quliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Şəki-Oğuz” Aqroparkının torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üzrə görülən işlərlə tanış olub.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, “Şəki-Oğuz” Aqroparkının torpaq sahələrini suvarma suyu ilə təmin etmək üçün işçi layihəsi “Azdövsutəslayihə” İnstitutu tərəfindən tərtib olunub. Layihənin ümumi dəyəri 58 min 998 manatdır.

Məlumat verildi ki, Şəki rayonu ərazisində Türyançay üzərində saniyədə 109,6 kubmetr suötürmə gücü olan baş suqəbuledici qurğu, sudurulducu hovuz və onu qidalandıran nov kanal, düzbucaqlı beton kanal, nasos stansiyasının su götürdüyü hovuz, 4 aqreqatlı stasionar nasos stansiyası, 8,142 kilometr uzunluğunda magistral basqılı boru kəməri, tutumu 700 min kubmetr olan məcradan kənar sututar, gil əsaslı dəmir-beton üzlüklü torpaq bənd, qurğularla birlikdə 25,150 kilometr uzunluğunda təzyiqli magistral və paylayıcı boru kəmərləri, səth sularının kənarlaşdırılması üçün 17,6 kilometr uzunluğunda açıq kollektor və suyığıcılar tikilib.

Eyni zamanda, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən nasos stansiyasının xarici elektrik təchizatı üzrə 14 kilometr uzunluğunda 35 kVt-luq ikidövrəli elektrik xətti və 16 min kVt gücündə 2 transformator yarımstansiyası inşa edilib.

Diqqətə çatdırıldı ki, Oğuz rayonu ərazisində Ağçay üzərində suqəbuledici qurğu inşa edilib, 10,2 kilometr uzunluğunda metal boru, 160 metr uzunluğunda təmizləyici polad boru xətləri çəkilib və tutumu 2500 kubmetr olan basqılı su hovuzu tikilib.

Dövlətimizin başçısı aqroparkın torpaq sahəsini suvarma suyu ilə təmin edən qurğuları işə saldı.

Zakir Quliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Zakir Quliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Zakir Quliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!


Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də sədr müavini Zakir Quliyev - 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, eyni zamanda, Qələbəyə həsr olunan Zəfər paradı Azərbaycanın hərbi gücünün, Silahlı Qüvvələrimizin döyüş ruhunun yüksəkliyinin dünyaya təqdimatı oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin məqsədyönlü siyasətinin, diqqət və qayğısının məntiqi nəticəsidir ki, bu gün ordumuz müasir silah-sursat, döyüş texnikası, şəxsi heyətin sayı, mənəvi-psixoloji hazırlığı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır və dünyanın aparıcı 50 ordusu sırasında yer alır. Tarixi Zəfərimiz bu üstünlüyümüzün təsdiqidir. 44 günün hər günündə irəliyə döru addımlayan rəşadətli Ordumuz 30 illik torpaq həsrətimizə son qoydu, şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz işğaldan azad edildi. Bu torpaqlarda dalğalanan üçrəngli bayrağımız qürurumuz, kimliyimizdir. Azərbaycan Ordusu dünya hərb tarixinə yazdığı yeni səhifə ilə bir sıra çağırışları özündə ehtiva etdi. Ermənilərin illərdir yaratdıqları miflər dağıdıldı. Dünya bu reallığı qəbul etdi ki, ən güclü ordu Azərbaycan Ordusudur, ən məğrur, yenilməz xalq Azərbaycan xalqıdır. 44 gündə Ermənistan silahlı qüvvələrini diz çökdürən Azərbaycan Ordusu bu Zəfərimizdən əvvəl də işğalçı dövlətə dəfələrlə dərs vermişdi. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı bunun bariz nümunəsidir. Lakin Ermənistan bu dərslərdən nəticə çıxarmadı, əksinə yeni ərazilər uğrunda müharibə planları hazırladı. 27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları bu planlarının nümayişi oldu. İşğalçı dövlət tarixdə heç zaman unuda bilməyəcəyi dərsi aldı.

Şanlı Qələbənin şərəfinə 2020-ci il 10 dekabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər paradı keçirildi. Paradda Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu müasir silah və texnikalarla yanaşı, düşmənin döyüş meydanında məhv edilən və ya qənimət kimi ələ keçirilən silah-sursat və hərbi texnikaları da nümayiş olundu. Zəfərimizin təbliği məqsədilə Bakı şəhərində yaradılan Hərbi Qənimətlər Parkında Azərbaycan Ordusunun düşmən üzərində sarsıdıcı uğurunu əks etdirən -düşməndən qənimət götürülən silah-sursat, hərbi texnika nümayiş olunur.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ordu quruculuğu siyasətinin ardıcıl, davamlı və yaradıcı şəkildə həyata keçirilməsinin nəticəsində hazırda Azərbaycan Ordusu tarixinin ən şərəfli dövrünü yaşayır. Vətən müharibəsində qazandığımız şanlı Qələbədən sonra ordu quruculuğunda bir çox islahatlar aparıldı, işğaldan azad edilmiş ərazilərimizdə yeni hərbi hissələr yaradıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük qürur hissi ilə qeyd edir ki, İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdə ordu quruculuğu prosesi sürətlə gedir və ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.

Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaş­dırılması istiqamətində də mühüm işlər aparılır. İki qardaş ölkənin birgə keçirdikləri hərbi təlimlər də bunun bariz nümunəsidir.

Zəfər paradı Azərbaycanın hansı imkanlara malik olduğunu nümayiş etdirməklə yanaşı, qarşıdakı dövrün hədəflərinin təqdimatı oldu. Belə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İndi isə bizim üçün yeni dövr başlayır - quruculuq dövrü. Mənfur düşmən işğal edilmiş bütün torpaqları yerlə-yeksan edib. Bu məlumat artıq hər kəsdə var, videogörüntülər var. Azad edilmiş ərazilərə mənim səfərlərim bunu göstərir. Bütün binalar, bütün tarixi abidələr, məscidlər, qəbirlər, məzarlıqlar mənfur düşmən tərəfindən dağıdılıb. Biz onların hamısını bərpa edəcəyik. Artıq bərpa işləri başlanmışdır” fikirlərinin davamı olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi heç də mübarizənin başa çatması demək deyildir. Bu günə qədər siyasi və hərbi sahələrdə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcəkdir. Otuz illik işğal müddətində bu bölgələrin viranəyə çevrildiyini, daş üstündə daş qalmadığını hamımız birlikdə gördük: “Qardaşım İlham Əliyevin dediyi kimi, Füzuli şəhərində bayraq asmağa belə bina tapılmamışdır. Bütün şəhərlər tarmar edilmiş, bütün kəndlər yerlə-yeksan olunmuş, məzarlıqlar belə dağıdılmışdır. Məscidlər dağıdılmış, minarələr eynilə tarmar olmuşdur. Ermənilər hər şeyi məhv etdikləri kimi, tarixi və mədəni abidələri də, təbii sərvətləri də qarət etdilər. Bütün bu ziyanın hesabı sorulmalıdır.”


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 161}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22