Главная > cemiyyet > Azərbaycanlı sülhməramlılar Cənubi Sudana yollanacaq

Azərbaycanlı sülhməramlılar Cənubi Sudana yollanacaq


10-01-2019, 12:33. Разместил: vasif
Azərbaycanlı sülhməramlılar Cənubi Sudana yollanacaq

















Azərbaycan hərbçiləri sülhməramlı missiyada iştirak etmək üçün yanvar ayının sonunadək Cənubi Sudana yola düşəcəklər.
"İnterfaks-Azərbaycan" agentliyinə istinadən bildirir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı məlumat verib.

"Azərbaycanlı sülməramlılar yanvar ayının sonunadək Cənubi Sudana göndəriləcəklər. Hazırda onların yola salınmasına hazırlıq prosesi başa çatmaq üzrədir", - o bildirib.
Azərbaycan parlamenti 2018-ci il noyabrın 30-da azərbaycanlı sülhməramlıların BMT-nin mandatı altında Cənubi Sudanda beynəlxalq missiyada iştirak etməsinə razılıq verib. Azərbaycan sülhməramlı qüvvələrin tərkibində 4 hərbçi - 3 zabit və 1 müşahidəçi ilə təmsil olunacaq.

Onu da qeyd edək ki, hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu (6 zabit daxil olmaqla) NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli Dəstək" missiyasında iştirak edir.
Вернуться назад