Главная > cemiyyet > Bürclər – 11 yanvar

Bürclər – 11 yanvar


11-01-2019, 09:00. Разместил: vasif
Bürclər – 11 yanvar














Qoç – sakit, ümumən pis olmayan gündür. Böyük uğurların olacağını düşünməyin. Başladığınız işləri bitirin. Əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri işgüzar tərəfdaşlarla müzakirə edin.

Yekun qərarlar qəbul etməyin. Kimsəyə dəstək, himayə və yardım vəd etməyin, birgə layihələrə qatılmayın.

Yaxınlarınızla dil tapın. Sizə əziz olan insanları anlayın və özünüzü ədalətsizliyin qurbanı hesab etməyin.

Axşam saatlarında yaranacaq yeni münasibət harmonik inkişaf edəcək.

Buğa – yeni işlər və layihələr üçün pis gün deyil. Hansısa sifarişi yerinə yetirmək və ya layihəyə başlamaq istəyirsinizsə, bunu təkbaşına etməyin. Yardıma ehtiyacınız var.

Ambisioz planlar qurmaq olar. Karyer inkişafı məsələlərini işdə rəhbərliklə, yaxud da nüfuzlu insanlarla müzakirə etmək olar.

Bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün əlverişli gündür. Cari məsələlərin həllinə yaradıcı yanaşma nümayiş etdirin.

Yaxınlarınızla münasibətlərinizdəki fikir ayrılıqlarını aradan qaldırın. Küsənləri barışdırın.

Qəfil etiraz istisna deyil.

Əkizlər – peşəkar fəaliyyət baxımından əlverişli gündür. İşdə ciddi uğurlara nail ola bilərsiniz. Qarşınıza dəqiq və real məqsədlər qoyun. Vaxtınızı, səylərinizi boş işlərə xərcləməyin. İşləri ikinci dərəcəli və əsas məsələlərə ayırın. İşgüzar danışıqlar, nüfuzlu insanlar, ictimai və siyasi həyatda iştirak üçün uğurlu gündür. Yardım istəyənlərin müraciətlərini qulaqardına vurmayın.

Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Xroniki ağrıların kəskinləşməsi ehtimalı var.

Soyuqdəymə və zökəm riskləri mövcuddur. Özünüzü soyuğa verməyin.

Xərçəng – mürəkkəb və qarışıq gündür. Yaranmış situasiyanı dürüst qiymətləndirin. Sonradan fəsadlarının aradan qaldırılması çətin olan səhvlərə yol verməyin.

Təhsildə, informasiyanın əldə olunmasında problemlər yarana bilər. Nüfuzlu insanlarla görüş, danışıqlar, müzakirələr, yeni anlaşmaların nəzərdən keçirilməsi məsləhət deyil.

Yaxşı tanımadığınız insanlarla istənilən formada təmaslardan imtina edin.

Yaxın ətrafınızdakı insanlar işlərinizə müdaxilə edəcəklər. Yaşlı qohumlarla münaqişələr ola bilər.

Ailədə yaranan problemi çözməyə çalışın.

Şir – qarşınızda yeni üfüqlər açan, yeni imkanlar yaradan əlverişli gündür. İşgüzar danışıqlarda aktiv olun. Görüşdüyünüz insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa, müsbət rəyin formalaşmasına çalışın.

Romantik münasibətlər karyerinizə yaxşı təsir etməyəcək.

Əhəmiyyətli məbləğdə gəlir əldə edə bilərsiniz.

İşgüzar məqsədli və ya rutin səfər uğurlu alınacaq. Alış-veriş üçün münasib gündür. Axşam saatları xoş sürprizlər vəd edir.

Qız – günün ilk yarısı uğuruludur. Yeni layihəyə başlamaq, müstəqil fəaliyyət və ya birgə işlərə qatılmaq üçün yaxşı gündür. Təşəbbüskar və aktiv olun. Yaranan çətinlikləri dəf edin, sədləri aşın.

İşgüzar səfər və səyahətlər uğurlu olacaq.

Günün ikinci yarısında mənfi təmayüllərin təsiri artacaq. Sakit, soyuqqanlı qalmaq çətinləşir. Çoxsaylı, kiçik anlaşılmazlıqlar sizi təbdən çıxara bilər.

Yaxınlarınız sizi dəstəkləmək əvəzinə daha çox tənqidə üstünlük verirlər.

Bu isə təbii ki, xoşagələn durum deyil.

Tərəzi – kiçik problemlər və xırda çətinliklər yaransa da, ruhdan düşməyin, narahat olmayın. Məqsədə doğru irəliləyişin yollarınını bilirsiniz. Baş verən hadisələrdən asılı olmayaraq nikbin davranın. Özlərinə əmin olmayan insanlar sizə can atırlar. Onlara mənəvi dəstək verin, ruhlandırın.

Əfsuslar olsun ki, həddən artıq inandığınız və yaxşı insan saydığınız şəxs etibarınızdan sui-istifadə edəcək. Bu adam zəif nöqtənizi taparaq öz maraqları üçün yararlanmağa çalışacaq.

Baş verənlər qorxulu deyil. Bu çətinliyin də öhdəsindən gələcəksiniz.

Əqrəb – mürəkkəb, gərgin gündür. Əhvalınız sürətlə dəyişə bilər. Heç bir lüzum olmadığı təqdirdə mənfi emosiyaların burulğanına düşməyin. Gərginliyi artırmayın, mübahisələri böyütməyin. Münasibətlərdəki çətin məqamları daha da ağırlaşdırsanız, düşmənlər və rəqiblərinizin sayı daha da artacaq.

Maliyyə məsələlərində sadəlövh olmayın, yaxşı tanımadığınız insanlara inanmayın. Əks təqdirdə böyük məbləğdə pul itirə bilərsiniz.

Alış-veriş zamanı ehtiyac duymadığınız əşyalar almayın.

Oxatan – uğursuz, çətin və qarışıq gündür. Fəqət, yaranan çətinlikləri əvvləki günlərdən fərqli olaraq daha qətiyyətlə və sürətlə dəf etməyə çalışın. Adi uğursuzluqları ürəyinizə salmayın. Maliyyə çətinlikləri ola bilər. Məntiqsiz və ehtiyac duyulmayan xərclərə yol verməyin.

Planlaşdırılmamış alış-veriş məsləhət deyil.

Yaxın ətrafınızdakı insanlarla münasibətlərin formatı ilə vəziyyətinə fikir verin. Kimsə sizin səmimiyyətinizdən sui-istifadə edərək görmək istəmədiyiniz işin başlanmasına can atır.

Oğlaq – sizi təbdən çıxarmaq çox asanlaşıb və bədxahlar bundan maksimum dərəcədə istifadə etmək istəyirlər. Başqa vəziyyətdə əsla yol verməyəcəyiniz səhvlər edirsiniz. Soyuqqanlı və sakit olun. Təxribatlara uymayın. Qərar qəbul edəndən sonra isə bunu etibar etdiyiniz insanlarla müzakirə etməyi unutmayın.

Kiçik maliyyə itkiləri ola bilər. Alış-veriş üçün əlverişli zaman deyil.

Axşam saatlarını sevdiyiniz insanla keçirə bilərsiniz.

Dolça – qarşınıza qoyduğunuz məqsədə bəlli çətinlikləri dəf edəndən sonra çatacaqsınız. Asan uğurlar olmayacaq. İşdə kiçik problemlər yaşanacaq. Sizin üçün mühüm proseslərdən birində ləngimə olacaq. Səbrli və təmkinli davranın.

Günün ikinci yarısında diqqətli olun, xırdalıq və təfərrüatlara fikir verin.

Sevdiyiniz insanlarla belə, çətinliklə dil tapırsınız. Yaşlı qohumlarla münasibətlərdə əvvəlki günlərdən fərqli olaraq anlaşılmazlıqlar daha çoxdur. Qayğınıza ehtiyacı olanlar bunu deməyin yolunu tapa bilmirlər.

Axşam saatlarına yaxın yorulacaqsınız. Özünüzü halsız hiss edə bilərsiniz.

Balıqlar – işlərinizin nəticələrini və məziyyətlərinizi yaxın ətrafınızdakı insanların görmədiyini düşünərək özünüzü reklam etməyin. Belə davranış həmişə effektiv olmur.

Bəzi açıqlama və bəyanatlarınız radikal, emosional ola bilər. Sərt tənqidə hədəf ola bilərsiniz.

Dəvət aldığınız tədbirə yollanırısınızsa, diqqət mərkəzində olmağa tələsməyin.

Təcrübəsi və yaşam bilikləri az olanlarla həsas davranın. Təcrübənizi səbrlə bölüşün. Buna görə sizə minnətdar olacaqlar.

Axşam saatlarında yardım alacaqsınız. (Milli.Az)
Вернуться назад