fim.az

Alimlərdən yeni kəşf — Günəş Sistemi başqa ulduzla toqquşub

13-08-2018, 14:43

Alimlərdən yeni kəşf — Günəş Sistemi başqa ulduzla toqquşub















Uran və Neptun planetlərinin qeyri-adi xüsusiyyətləri və digər cırtdan planetlərdəki anomaliyalar Günəş Sisteminin yarandığı illərdə başqa bir ulduzla toqquşmasından xəbər verir.
Astronomlar bu barədə yeni kəşflər ediblər və məqalə “Astrophysical Jorunal” jurnalında dərc edilib.

Alimlər Günəş Sistemindən uçub keçən ulduz hipotezi ilə yanaşı yeni versiya irəli sürüblər. Bu versiyada ikinci ulduz faktoru var və onun fəaliyyət mexanizmi bütün məlum anomaliyaların yaranmasına səbəb olub.

4 il əvvəl həvəskar astronom Ralf Diter Şolts yeni ulduz kəşf edib. Bu ulduz hazırda Təkbuynuz bürcündə yerləşir. Məsafə isə 20 işıq ilidir. Yəni, planetimizə ən yaxın olan ulduzlardan biridir.
İki il əvvəl amerikalı alimlər müəyyən ediblər ki, Şoltsun kəşf etdiyi ulduz 70 min il əvvəl Günəş Sisteminin içindən uçub keçib. Ulduz sistemə çox yaxın yaxınlaşıb-2 işıq ili. Bununla da bir sıra komet və kiçik səma cisimlərinin orbitini dəyişib.

Bu kəşf bir çox planetoloqların Sistemə yaxınlaşan digər ulduzların təsiri barədə düşünməsinə səbəb olub. Bir sıra tədqiqatçıların fikrinə görə, bu, Günəşin yarandığı ilk illərdə baş verə bilərdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 491}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22