fim.az

Rusiyalı millət vəkilindən şok iddia — Qərb Ərdoğanı devirməyə çalışır

18-08-2018, 12:00

Rusiyalı millət vəkilindən şok iddia — Qərb Ərdoğanı devirməyə çalışır
















Rusiya Dumasının millət vəkili Vyaçeslav Nikonov ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları dəyərləndirib.
Rus millət vəkili Qərbin Ərdoğanı devirməyə çalışdığını bildirib:

“Qərb Türkiyə prezidentinə qarşı çox böyük oyun oynayır. Ərdoğanı devirməyə çalışırlar”.
Dumanın təhsil komissiyasının sədri və beynəlxalq siyasət üzrə mütəxəssis Vyaçeslav Nikonov sosial şəbəkədəki səhifəsində Türkiyə ilə bağlı açıqlama verib:
“Ərdoğanı devirməyə ya da müqavimətini qırmağa çalışırlar. Vaşinqtondan edilən qəzəbli hücuma və dünyanın liberal mətbuatının Ərdoğana qarşı başlatdığı kampaniyaya baxsaq, çox böyük oyun olduğunu görərik. Ərdoğanı devirməyə, ya da müqavimətini qırmağa çalışırlar. Onun iki seçimi var. Ya boyun əymək və imicini itirmək, ya da Qərblə münasibətləri kəsmək”.

Millət vəkili Ərdoğanın ikinci alternativdən istifadə etdiyini qeyd edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 396}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22