fim.az

Səudiyyə Ərəbistanında yeni qanun — Dini lağa qoyanlar həbs ediləcək

6-09-2018, 11:15

Səudiyyə Ərəbistanında yeni qanun — Dini lağa qoyanlar həbs ediləcək
















Səudiyyə Ərəbistanı prokurorluğu Tvitter səhifəsində yeni bəyanat yayıb.
Bəyanata əsasən, bundan sonra din mövzusunda zarafat 5 il həbs cəzasına səbəb olacaq.

“Sosial şəbəkələrdə din dəyərlər, əxlaq normalarının lağa qoyulması və ictimai asayişin pozulmasına yönəlmiş istənilən zarafat kiber cinayət kimi qəbul ediləcək”, - deyə məlumatda bildirilir.

Günahkar bilinən şəxsləri 5 il həbs cəzası və 3 milyon rial məbləğində cərimə gözləyir.
Qeyd edək ki, 2012-ci ildə Səudiyyə Ərəbistanında “Səudiyyə Ərəbistanı liberal şəbəkəsi” saytının yaradıcısı Raif Bədəvi həbs edilmişdi. O, krallığın ruhanilərini və dini polislərini tənqid etməkdə ittiham edilirdi. Bundan başqa Bədəvi İslamı təhqir etdiyi üçün də ittiham edilib. Hazırda o, həbsdədir və məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 459}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22