fim.az

Ruhani: “Bizim ABŞ ordusu ilə döyüşmək niyyətimiz yoxdur”

27-09-2018, 12:58

Ruhani: “Bizim ABŞ ordusu ilə döyüşmək niyyətimiz yoxdur”















Nyu Yorkda keçirilən BMT iclasında İran İslam Respublikasının prezidenti Həsən Ruhani ölkəsinin Amerika Birləşmiş Ştatları ilə müharibə etmək niyyətinin olmadığını bildirib.

“Bizim Yaxın və Orta Şərqdəki ABŞ ordusu ilə döyüşmək niyyətimiz yoxdur” deyən Ruhani nüvə proqramı çərçivəsində razılaşmannın qorunub saxlanılması üçün çalışacaqlarını bildirib.

Ruhani ABŞ-ın rəsmi Tehrana qarşı tətbiq edəcəyi sanksiyaların qeyri-qanuni olduğunu bildirib.

Qeyd edək ki, BMT-nin 73-cü qurultayında Nyu Yorkda bir araya gələn Fransa, Almaniya, Çin, İngiltərə və İran Xarici işlər Nazirləri nüvə proqramı haqqında razılaşma əldə etmək üçün masaya oturub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 399}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22