fim.az

ABŞ və Kanada razılaşdı – Şimali Amerika yenidən qurulur

1-10-2018, 13:46

ABŞ və Kanada razılaşdı – Şimali Amerika yenidən qurulur
















ABŞ-la Kanada arasında 1 ildən çox davam edən mübahisə artıq həllini tapıb.

Şimali Amerika Azad Ticarət Assosiasiyası (NAFTA) razılaşmasının yenilənməsi məsələsində razılıq əldə olunub.

Bu barədə açıqlama verən Kanadanın Baş Naziri Castin Trudo “bütün gecə ABŞ-dan olan səlahiyyətli şəxslərlə video görüntülü müzakirə aparmışıq” deyə açıqlama verib.

İlk şərtlərin ağırlığı səbəbindən razılaşmanı imzalamayan baş nazir hazırkı sazişin Kanada xalqına iş və fürsət yaradacaq bir şəkildə tərtib olunduğunu diqqətə çatdırıb.

Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp razılaşmanı noyabr ayının sonunadək imzalamaq niyyətindədir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 376}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22